Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:55

QHT-lərin problemləri həll edilib?


Şahmar Mövsümov
Şahmar Mövsümov

-

Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə (MHŞT-EITI) tamhüquqlu üzvlüyünün bərpa edilməsi məsələsinə yaxın vaxtlarda baxılacaq.

AZƏRTAC-ın xəbərinə görə, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

Ş.Mövsümov bildirib ki, ötən ilin aprelində Azərbaycanın MHŞT-də statusu namizədlik səviyyəsinə endirilib: «Bu yaxınlarda Azərbaycanın yenidən qiymətləndirilməsi prosesinə başlanılacaq. Bu dövr ərzində problemlərin və qaldırılmış məsələlərin əksəriyyəti həll olunub. Yerdə qalan məsələlər üzərində iş gedir».

MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklədiyi könüllü təşəbbüsdür. O, neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub.

Ötən ilin aprelində MHŞT Azərbaycanın statusunu aşağı salıb: tamhüquqlu üzvdən müvəqqəti üzvlüyə endirib.

O zaman qurum qərarını vətəndaş cəmiyyətinə basqılarla əlaqələndirərək, durumun yaxşılaşdırılmasının zəruriliyini bəyan etmişdi.

Daha sonra Koalisiya özünün «qiymətləndirmə hesabatı»nda Azərbaycanın fəaliyyətinin 2013-cü ildə hazırlanmış standartlara uyğun gəlmədiyini bildirmişdi. Azərbaycan bu standartlar üzrə qiymətləndirilən ilk ölkədir. Mütəxəssislər bu standartların əvvəlkindən daha mürəkkəb olduğunu deyirlər. Başqa ölkələrin də koalisiyada «cəzalandırılacağını» istisna etmirlər.

XS
SM
MD
LG