Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:52

Ekspert: 'İstehlakçılar məhsulun tərkibindən xəbərsiz olurlar'


Avropalı deputatlar "Dönər"ə davam dedi
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Avropalı deputatlar "Dönər"ə davam dedi (2017)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, bu il yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsan aşkarlanıb.

Bundan əvvəl Binə qəsəbəsində 20-dən çox şagirdin dönərdən səhhətinin pisləşdiyi açıqlamışdı. Bəzi ekspertlərin fikrincə, Azərbaycanda bahalaşma insanların daha ucuz, amma həm də daha az keyfiyyətli mallara üz tutmasına səbəb olur. Bu da, onların iddialarına görə, insanların səhhətinə mənfi təsirlər göstərir.

T.Rzayev
T.Rzayev

"İşbazlar vəziyyətdən istifadə edirlər"

Milli Məclisin Aqrar komitəsinin sədri Tahir Rzayev "Turan"a bildirib ki, qida təhlükəsizliyinin təmin olunması yalnız bir qurumdan asılı deyil: "Hər bir vətəndaşdan da asılıdır ki, öz təhlükəsizliyini təmin etsin. Sözsüz ki, dönərdən zəhərlənmə hadisəsi xoşagəlməz bir haldır. Burada Qida Təhlükəsizliyi Agentliyini qınamaq tam düzgün olmazdı, çünki AQTA ölkədə bütün ərazilərə nəzarət edə bilməz... Yüzlərlə cərimələr var. Amma görək dönüş yaranırmı? Əslində bəzi işbazlar vəziyyətdən istifadə edirlər... Mal əti adı altında mənşəyi bilinməyən ət satışa çıxarılır və sonra bu aşkar olunur".

Deputat qeyd edib ki, bir çox hallarda vətəndaşlar evdə qidadan zəhərlənir: "Bu o deməkdir ki, vətəndaşlar özünün, dönər satanlar isə alıcıların sağlamlığının qayğına qalmalıdır... Dəfələrlə elan edirlər ki, hansısa ərzaq məhsulları keyfiyyətsizdir, bunu almaq olmaz. Amma, təəssüf ki, insanlar həmin məhsullardan daha çox istifadə edirlər".

Ə.Hüseynov
Ə.Hüseynov

"Zəhərlənmələrin dəqiq statistikası aparılmır"

Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynovun AzadlıqRadiosuna bildirməsinə görə də, Azərbaycandakı dönərxanalar elə bir şəraitdə fəaliyyət göstərirlər ki, istehlakçılar məhsulun tərkibindən və onun hazırlanma qaydasından tam xəbərsiz olurlar: "Baxmayaraq ki, ölkəmizdə dönərxanalar üçün standartlar mövcuddur... Amma həmin gigiyenik tələblərə əməl olunmur, dönərxanalarda çalışanlar tibbi müayinədən keçirilmir".

Onun sözlərinə görə, birinci növbədə qanunlarda dəyişikliklər etmək lazımdır: "Biznes qurumlarında yoxlama aparmağa icazə verilmir. İcazəni almaq üçün çox böyük bürokratik əngəlləri aşmaq lazımdır".

Ekspert vurğulayıb ki, uzun illərdir Azərbaycanda təkcə dönərdən deyil, digər məhsullardan da zəhərlənmələrin dəqiq statistikası aparılmır: "Bu sahədə konkret dövlət siyasəti mövcud olmalıdır. Respublikamızda qida zəhərlənmələri dünya statistikasından dəfələrlə az göstərilir".

Mövzu ilə bağlı dönər satışı ilə məşğul olan müəssisələrlə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG