Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:51

‘Qış bulvarı’ Avropa məhkəməsində


"Qış Bulvarı"nda söküntü, 12Apr2013
"Qış Bulvarı"nda söküntü, 12Apr2013

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozulması ilə bağlı Azərbaycandan bu quruma göndərilən 32 şikayət üzrə kommunikasiyalara başlayıb.

Bu barədə hüquqşünas İntiqam Əliyev məlumat verib.

AİHM hökumətə həmin şikayətlər üzrə mülahizələrini təqdim etməkdən ötrü 2017-ci ilin martın 21-nə qədər vaxt verib. Bu işlərdə şikayətçi qismində 52 nəfər Azərbaycan vətəndaşı çıxış edir.

Buna da bax:​ Avropa Məhkəməsinə gedən məktublar qeybə çəkilir

“Bunlar “Qış bulvarı”nın salınması ilə əlaqədar paytaxtın Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, Təbriz XəlilMirzə İbrahimov küçələrində yerləşən mənzillərindən köçürülən sakinlərdir”.-deyə hüquqşünas qeyd edib.

Ərizəçilərin arasında keçmiş millət vəkili Hacıbaba Əzimov, jurnalist Əlirza Muxtaroğlu, Müsavat Partiyasının fəalı Başxanım Abbasova və digərləri var.

Şikayətlərdə qeyd edilir ki, 2011-ci ildən başlayaraq Bakı Şəhər İcra Hakimiyyətinin məmurları və polis vətəndaşlara təzyiq edərək mənzillərin hər kvadrat metrinə 1500 AZN ödəməklə evlərindən çıxmağa məcbur ediblər.

Buna da bax: Komissar Azərbaycana görə, Avropa Məhkəməsinə müraciət edib

Habelə bildirilir ki, bəzi işlərdə mənzillərin sökülməsini cavabdehə qadağan edən məhkəmə qərardadının olmasına baxmayaraq, bu şərtlərlə razılaşmayan və mənzillərini tərk etməkdən imtina edən mülkiyyətçilərə zorakılıq tətbiq olunmaqla onların evləri sökülüb. Yerli məhkəmələr narazı vətəndaşların bütün iddialarını rədd ediblər.

Şikayətlərdə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci (mülkiyyət hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyat hüququ), 13-cü (səmərəli araşdırma hüququ) və digər maddələrin pozuntusu qaldırılıb.

Buna da bax:​ Vəkil: 'Hökumət Avropa Məhkəməsi qərarlarını icra etmir'

İ. Əliyevin apardığı işlərdə isə onun həbsi zamanı hüquqşünasın evindən və ofisindən cinayət işi ilə bağlılığı olmayan məhkəmə sənədlərinin götürülməsi şikayətçilərə əsassız mane kimi qaldırılır.

AİHM-də şikayətçilərin hüquqlarını həmçinin Fuad Ağayev, Xalid Bağırov, Şəfa Camalzadə, Sevinc Əliyeva, Samirə Ağayeva və digər hüquqşünaslar təmsil edirlər.

Vəkillər Avropa İnsan Hüquqları Məhkəməsinin bu işlər üzrə hökumətə külli miqdarda cərimə kəsəcəyini proqnozlaşdırır. Onların gümanına görə, bu işlər üzrə qərarlar tarixi ola bilər.

XS
SM
MD
LG