Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:56

Qiyas İbrahimovun işi məhkəmədə


Gənclər bir günün içində necə "narkoman" oldu?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Gənclər bir günün içində necə "narkoman" oldu?

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən gənc fəal Qiyas İbrahimovun cinayət işi üzrə istintaq yekunlaşıb.

Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib.

Vəkilin deməsinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun icraatına verilib. «Amma hələ hazırlıq iclasının vaxtı təyin edilməyib»,-deyə vəkil bildirib.

Bəs Q.İbrahimovla birgə tutulan digər gənc fəal Bayram Məmmədovun işi nə yerdədir?

Vəkil E.Sadıqov deyib: «B.Məmmədovla bağlı bir istintaq hərəkəti belə aparılmayıb. Odur ki, onun məhkəmə önünə nə vaxt çıxarılacağı məlum deyil».

Q.İbrahimov digər gənc fəal B.Məmmədovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

Gənclərdən B.Məmmədov tutulduğu gündən valideynləri ilə görüşə bilmirdi. Nəhayət, 3 aydan çox vaxt keçdikdən sonra - dünən, avqustun 30-da o, valideynləri ilə görüşə bilib.

XS
SM
MD
LG