Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:51

Avropa son 2000 ildə ən isti yaylarını yaşayır


Alimlər ağac oduncaqlarındakı həlqələrin köməyi ilə Avropa qitəsində əsrlər ərzində havaların necə dəyişdiyini müəyyən ediblər

Avropa Roma imperiyası zəmanəsindən bu yana özünün ən isti yaylarını yaşayır.

Alimlərin yeni araşdırmasının nəticələrinə görə qlobal istiləşmənin insan fəaliyyəti ilə bağlı olduğu bir daha təsdiqlənib.

Araşdırma hesabatında deyilir ki, nəticələr qarşıdan gələn illərdə qlobal havanın necə ola biləcəyini söyləməyə imkan verir.

Mediada dərc olunmuş məqalələrdə deyilir ki, ən qızmar yaylar 2003, 2010 və 2015-ci illərdə qeydə alınıb.

Yeni tədqiqatda son 2100 ilin temperaturları ağac oduncaqlarındakı həlqələrdən alınmış informasiya əsasında modelləndirilib.

Ağaclar nə deyir?

Ağac oduncaqlarındakı həlqələr və bu həlqələrin arsındakı məsafələr ilbəil temperaturun necə dəyişdiyini göstərir. Oduncaqlarda ildə bir həlqə yaranır və bu həlqələr arasındakı məsafələr isti və soyuq illəri müəyyən etmək imkanı verir. Həlqələr arasındakı daha az məsafə daha soyuq illərə uyğun gəlir.

Ağaclar planetin istilik yaddaşıdır
Ağaclar planetin istilik yaddaşıdır

Alimlər həm də başqa mənbələrə, məsələn tarixi sənədlərdəki məlumatlara da müraciət ediblər.

Environmental Research Letters jurnalında dərc olunmuş tədqiqat nəticələrindən bəlli olur ki, son 30 il ərzində havalar anormal şəkildə istiləşib. Yer kürəsinin tarixində isti və soyuq dövrlər bundan əvvəl də bir-birini əvəzləyib (alimlər bunu vulkanik proseslərlə izah edirlər), lakin indiki istiləşmə normal ölçülərə uyğun gəlmir. Bu o deməkdir ki, əslində istilik bu qədər qalxmamalıydı.

Alimlər əldə olunmuş nəticələrdən bu qənaətə gəliblər ki, hazırkı istiləşməni insan və onun fəaliyyəti yaradıb.

İstiləri insan yaradıb

Gissen Universitetinindən professor Jurg Luterbacher deyib ki, əldə olan nəticələr artıq 2000 il ərzində mövcud olmuş iqlim barədə aydın təsəvvür yaradır. Alimin fikrincə, bu nəticələr həm də gələcək istiləşmənin miqyası barədə fikir söyləməyə imkan yaradır.

13 ölkədən 45 alimin yaratdığı tədqiqat qrupu belə bir nəticəyə gəlib ki, Yer kürəsində isti havalar 3-cü əsrədək davam edib. Bu istiləşmə romalılara Britaniyanın şimalında üzüm yetişdirmək imkanı verirdi.

Lakin 4-cü əsrdən 7-ci əsrədək sərinləşmə başlanıb.

Nisbətən mülayim orta əsrlərin ardınca 14-cü əsrdən 19-cu əsrədək davam edən və “Kiçik Buz Dövrü” kimi tanınan soyuq hava kəsimi mövcud olub.

Maşın əsri
Maşın əsri

Bu tədqiqatda 20-ci əsrin əvvəllərində baş vermis istiləşmə və son onilliklərin havası barədə məlumatlar ağac oduncaqlarından alınan məlumatlarla tutuşdurularaq modellənib.

Böyük vulkan püskürmələri və Günəş enerjisinin artması da ağac oduncaqlarında iz buraxıb.

Məhz bütün bu məlumatlar əsasında çıxarılan nəticə budur ki, son 30 ilin iqlim dəyişikliyi bundan əvvəlki istiləşmə sikllərində olduğundan böyükdür.

Bu isə Beynəlxalq İqlim Dəyişikliyi Palatasının belə bir müddəasını təsdiq edir ki, son dövrlərdəki iqlim dəyişikliyi qazıntı yanacağının yandırılması ilə bağlıdır. Burdan belə bir nəticəyə gəlinib ki, son illərin dəyişikliyi antropogen, yəni insan fəaliyyəti ilə əlaqələndirilə bilər.

Qədim məmurlar da faydalı iş görüblərmiş…

Svonzi Universitetindən bu araşdırmanın həmmüəlifi Danny McCarroll deyib ki, alimlər hazırkı istiləşmənin Roma imperiyası zamanındakı istiləşmə ilə, haradasa oxşar olacağını gözləyirmişlər, amma əslində temperaturlar daha yüksək olub.

Yer kürəsində isti havalar 3-cü əsrədək davam edib. Bu istiləşmə romalılara Britaniyanın şimalında üzüm yetişdirmək imkanı verirdi

“Bunu insan fəaliyyətindən başqa heç nə ilə izah etmək olmur” – deyib alim.

Alimin fikrincə “maşın və texnika əsri “ olan 20-ci əsrin təsirləri özünü yalnız indi büruzə verir.

“Biz 2015-ci ilidə Avropada ən isti yayın şahidi olduq, - deyir McCarrol, - Britaniyanın bu mənada bəxti gətirdi. Lakin Avropada istilik dalğası çox sayda insan tələfatı ilə nəticələndi”.

Professor McCarroll deyib ki, bu təqiqatda əsasən Alp və Skandinaviyadakı ağac oduncaqları öyrənilib.

Bu məlumatlar müxtəlif tarixi və hətta qədim rəsmi sənəndlərlə tutuşdurulub.

Məsələn, taxıl məhsulu və onunla bağlı vergi sənədləri öyrənilib. Havalar mülayim olduqca məhsul, məhsul bol olduqca vergi gəlirləri yüksək olub.

Professor deyir ki, qədim məmurların darıxdırıcı mühasibat sənədləri, beləcə qiymətli elmi mənbəyə çevrilib.

XS
SM
MD
LG