Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:36

QULAQ qayıdır?


Volqoqrad həbsxanasında məhbuslar hərbi papaq tikirlər
Volqoqrad həbsxanasında məhbuslar hərbi papaq tikirlər

QULAQ sovet rejiminin qəddarlığını bütün dünyaya çatdıran şeylərdən biri idi. Bu məcburi əmək düşərgələrində məhbuslar Baykal-Amur Magistralı (BAM) kimi heç vaxt bitirilməmiş göstəriş layihələrində həyatlarını itirirdilər.

Bu hadisələrin üstündən onilliklər keçmiş Rusiya yenidən məhbusları məcburi əməyə cəlb etmək niyyətindədir. Orta Asiyadan olan miqrant işçiləri ölkədən çıxaran Rusiya hazırda Baykal gölündən Yapon dənizinədək uzanan BAM-ın tikintisində onların yerini məhbuslarla doldurmağa hazırlaşır.

Primorsk regionunda dəniz neft terminalına aparan dəmir yolunun tikintisi
Primorsk regionunda dəniz neft terminalına aparan dəmir yolunun tikintisi

600 məhbus BAM-a göndərilir

Ölkənin həbsxana xidməti və bir neçə hökumət qurumunun xeyir-dua verdiyi bu təşəbbüs ilkin olaraq iyunun ortalarından 600 məhbusun BAM-da fəhlə kimi çalışmağa başlamasını nəzərdə tutub. Həbsxana rəhbərliyi deyir ki, 188 min dustaq (bu isə ümumi sayın 1/3-dən çoxdur) 1936-cı ildə, BAM-ın tikintisinin pik vaxtında işə cəlb edilmiş dustaq sayına bərabərdir. Ancaq onlar istədikləri halda iş yerlərini dəyişmək üçün müraciət edə bilərlər.

"Bu, QULAQ olmayacaq. Burada tamamilə yeni, ləyaqətli şərtlər olacaq", – Penitensiar Xidmətin rəhbəri Aleksandr Kalaşnikov deyib.

Ancaq bir çox insan hüquqları fəalı və hökuməti tənqid edənlər bu ideyaya həssaslıqla yanaşırlar. Dustaqları məskunlaşdırılmamış uzaq, təcrid olunmuş çöllərə ağır əl əməyinə göndərməyin özü sovet keçmişinin qalığı sayılır. O zaman diktator İosif Stalin ziyalıları və alimləri həbs etdirib sürgünə göndərirdi. Ziyalılar Sibirə göndərilmək qorxusu ilə yaşayırdılar.

"Biz yavaş-yavaş QULAQ-a qayıdırıq", – həbs edilmiş müxalifət lideri Aleksey Navalnının köməkçisi Vladimir Milov bu yaxınlarda çıxmış YouTube videosunda deyir.

"Sosial lift"

Rusiya rəsmiləri bu mövqeyə qarşı çıxırlar. Dövlətə məxsus "RIA Novosti"nin dərc etdiyi ziddiyyətli bir məqalədə müəllif dustaq əməyi və hətta QULAQ sistemini müdafiə edərək onun peşə və təhsili olmayan milyonlarla sovet vətəndaşı üçün "sosial lift" olduğunu bildirib. O, QULAQ-ın yüz milyonlarla insanın həyatına son qoymuş ölüm arxipelaqı olmadığını yazıb.

Sovet hökumətinin öz xalqına qarşı törətdiyi cinayətləri sənədləşdirməyə on illərlə vaxt sərf edən fəallar Viktoriya Nikiforovanın belə iddialarından şok keçirirlər.

"Ölmədik, bu günü də gördük. Dövlətin xəbər agentliyi rəsmən QULAQ-ı mədh edir", – blo1er Roman Popkov Telegram-da yazıb. Facebook-da müxalif siyasətçi Nikolay Lyaskinsə məqaləyə "dünya əməlli-başlı təpəsi üstə durub" reaksiyasını verib.

"Məhbus hüquqlarının müdafiəsi naminə" adlı QHT-nin rəhbəri, veteran hüquq müdafiəçisi Lev Ponomaryov hökumətin yeni planını "başdan-ayağa səfehlik" adlandırıb. "Son məqsəd pul qazanmaqdır", – o, AzadlıqRadiosuna deyib.

Məhbuslar Ağ Dəniz -Baltik Kanalının tikintisində
Məhbuslar Ağ Dəniz -Baltik Kanalının tikintisində

7 milyard rublluq müqavilə

Təkcə 2019-cu ildə Rusiyanın həbsxana xidmətinin məhsul istehsalı ilə bağlı özəl şirkətlərlə imzaladığı müqavilələrin ümumi dəyəri 7 milyard rubl (96 milyon dollar) olub. Bu, rəsmi rəqəmlərdir. Rusiya qanunlarına görə, məhbuslar həbsxananın həm daxilində, həm də xaricində məvacib, müəyyən işçi hüquqları və, adətən, erkən buraxılma vədləri müqabilində işlədilə bilərlər. Onlar dövlət işçiləri üçün forma tikir, suvenir və avtomobil hissələrindən tutmuş kənd təsərrüfat avadanlığına qədər cürbəcür məhsullar hazırlayırlar. Bütün bunlar Penitensiar Xidmətin saytında kataloq şəklində əks olunub.

Ölkədə rəsmən heç bir məhbus icbari əməyə məhkum olunmayıbsa, işləməyə məcbur edilə bilməz. SSRİ-nin QULAQ düşərgələrində isə əmək məcburi idi. Bu düşərgələrdə 20 milyonadək insan, əsasən, baxımsızlıq, aclıq və xəstəlikdən həyatını itirib. QULAQ sistemində məhbus sayının pik vaxtı 1950-ci ilə düşüb – 2.5 milyon nəfər.

Bu gün Rusiyada çox sayda məhbus daha yaxşı şərait və həbs müddətinin qısaldılması ümidi ilə işləmək hüququ almaq üçün müraciət edir. Ölkə ərazisində 1 min 100-dən artıq həbsxanaya nəzarət edən Penitensiar Xidmət məhbuslara bu əmək müqabilində rəsmi məvacib də ödəyir. Bu məbləğ çox az olsa da, bəziləri evə pul da göndərə bilirlər.

XS
SM
MD
LG