Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:16

Azərbaycan İnternet istifadəçiləri VPN-ə keçir [video]


Bloklanan saytlara necə girə bilərsiz?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Bloklanan saytlara necə girə bilərsiz? [A-Live]

«Azadlıq» qəzetinin, AzadlıqRadiosu-nun, Meydan.TV-nin, «Azərbaycan saatı» televiziya proqramının və TuranTV-nin saytlarına giriş bloklana bilərmi?

Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi bu barədə məhkəməyə müraciət edib.

Belə düşünənlər var ki, bu, söz azadlığına basqıdır.

Buna da bax:​ Hökumət 'Azadlıq.org'u bloklamaq üçün məhkəməyə müraciət edir

İttihama görə, bu saytlar Konstitusiya quruluşunu zorla dəyişdirməyə, ictimai sabitliyi pozmaya yönələn destruktiv hərəkətlər ediblər, kütləvi ixtişaşlara açıq çağırış ediblər, radikal dini qurumların qanunsuz fəaliyyətini təbliğ ediblər. Amma ittiham ərizəsində qeyd olunmayıb ki, saytlar hansı materiala görə, ittiham olunurlar.

Rabitə Nazirliyinə sorğu verib bu sualı soruşduq, amma gün ərzində cavab ala bilmədik.

Media üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, əsas göstərilmədən saytları əsassız ittiham etmək böhtan xarakterlidir. İlk növbədə sübut olunmalıdır:

Buna da bax: 'Məhkəmə qərarından sonra həmin saytlarla əməkdaşlıq edənlərin təqibinə başlanıla bilər'

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

"Burda iddia olunan dövlət quruluşunu dəyişməyə, ixtişaşlara, konstitusion quruluşa təhdid olan əməllər mövcuddursa, bu faktlar üzrə cinayət işi açılmalı idi və bu faktlar sübutunu tapmalı idi və bu faktlar üzrə də resurslara da bloklar qoyulsun. İndiki halda bu cür iddialar böhtan xarakteri daşıyır. Çünki qanunla konkret olaraq siz kimisə məhkəmə qərarı yoxdursa, bu böhtandır. İddia ərizəsi də daha çox böhtan xarakterli iddia ərizəsidir".

Ələsgər Məmmədli deyir ki, indiki halda Konstitusiyasının 50-ci maddəsi və Avropa Konvensiyanın ifadə azadlığı ilə bağlı 10-cu maddəsi pozula bilər.

Buna da bax:​ Saytların bloklanması məhkəməsi ertələndi

Ələsgər Məmmədli: "Məqsəd tənqidi onlayn medianın Azərbaycanda yayılmasını əngəlləməkdir"
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00
Direct-ə keçid

Onun fikrincə, əgər məhkəmə nazirliyin iddiasını təmin edərsə, Azərbaycan əleyhinə Avropa İnsan Haqları Məhkəməsinin daha bir qərarı verilə bilər və dövlət yüksək cərimə verməli olacaq.

Baş verənlərlə bağlı hakim partiya yetkililərini danışdırmaq cəhdlərimiz alınmadı. Sözügedən saytlara giriş faktiki olaraq son bir aydır ki, məhdudlaşdırılıb.

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Səməd Seyidov martın 28-də AzadlıqRadiosu-na müsahibəsində demişdi ki, “Bəzi dairələr, bəzi qüvvələr hesab edirlər ki, hansısa texniki problemləri siyasiləşdirmək onlara dividend gətirə bilər. Mən sizi inandırıram ki, oxucu üçün hansısa məlumat maraqlıdırsa, xəbər ciddidirsə onsuz da çatdırılacaq. Azərbaycan hökuməti o səviyyədə deyil ki, bu gün hansısa saytın girişinə müdaxilə etsin, qəsdən onu bağlatdırsın. Azərbaycanda bu gün informasiya məkanı qanun çərçivəsində formalaşır. Bu informasiya məkanı qanunvericiliyi pozmursa, qanunlara riayət edirsə, heç kimə təhlükə yoxdur”.

Buna da bax: 'Azadlıqradiosu-nun saytı açar sözlərlə bloklanır'

"Azərbaycan saatı" televerilişinin, Turan TV telekanalının rəhbəri Qənimət Zahid deyir ki, məhkəməyə müraciət onu sübut etdi kisaytların bloklanması, saytların bağlanmasının arxasında məhz hökumətin durur. O bildirir ki, məhkəmədən ədalət gözləmir, çünki bu müraciətin siyasi sifariş olduğuna inanır:

Meydan TV-nin direktoru Emin Milli də deyir ki, məhkəməyə müraciət hakimiyyətin tənqidlərdən qorunmaq cəhdidir. O bildirir ki, Azərbaycanda baş verənlər haqda məlumatları tamaşaçılara çatdırmaq üçün ən müxtəlif vasitələrdən istifadə edəcəklər.

Buna da bax:​ Qənimət Zahid: 'Hakimiyyət bloklamada əli olduğunu etiraf etdi'

Emin Milli
Emin Milli

“İnternetdən VPN proqramı yükləməklə bizi izləmək olar”, - Emin Milli deyir.

Azad Avropa və Azadlıq Radioları korporasiyasının prezidenti Tomas Kent deyib ki, bu, müstəqil mətbuatı qorxutmağa yönəlmiş pis senzuradır, fundamental hüquqların və beynəlxalq konvensiyaların pozulmasıdır.

Buna da bax: Səməd Seyidov: 'Azərbaycan hökuməti o səviyyədə deyil ki...'

Biz Bakı sakinlərinin bununla bağlı fikrini də öyrənmişik.

Müstəqil saytların bloklanması barədə nə düşünürsüz?
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Sərhədsiz Reportyorlar Təşkilatının aprelin 26-da açıqlanan hesabatına görə, Azərbaycanda medianın günü qaradır. Azadlığı 180 ölkə arasında 162-ci yerdə qiymətləndirilir.

Hesabata görə, keçmiş sovet ölkələri repressiya üsullarını təkmilləşdirirlər.

XS
SM
MD
LG