Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 17:39

Rafiq Tagı məzarı başında anıldı


-

Avqustun 5-də mərhum yazıçı-publisist Rafiq Tağı ad günündə məzarı başında anılıb.

Mərasimə jurnalistlər, yazıçılar və mərhum yazıçının əzizləri qatılıblar.

“Onun yazdıqları kimlərinsə xoşuna gəlmirdi. Ancaq proqnozları özünü qısa zamanda doğrultdu. Elə bilirdilər uzun çəkəcək, amma qısa müddətdə böhranlar baş verdi. Əgər Elmar Hüseynovu, Rafiq Tağını dinləsəydilər, bəlkə də bu böhranlar baş verməzdi” - mərasimdə çıxış edənlərdən Turan Agentliyinin rəhbəri Mehman Əliyev belə deyib.

O, qeyd edib ki, ölkədə dəyişikliklər qaçımılmazdır. Məhz dəyişikliklərdən sonra Azərbaycan azad olacaq.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl da deyib ki, Rafiq Tağının qətlinə görə, hələ heç kim cavab verməyib.

“Nə qədər ki, bu qətllər cavabsız qalacaq, biz bu günləri özümüz üçün gözləməli olacağıq. Onun dövründə ritorikası xətalı sayılırdısa, bu gün mövzular adi sayılır. Buna görə də mövzulardan qorxmamalıyıq, çünki başqa çarəmiz yoxdur. Bəziləri Rafiq Tağının qətlində səbəb axtarır, ancaq bu düzgün deyil. Sözə qarşı, vicdan azadlığına qarşı istənilən cinayət pislənməlidir. Bizim ona borcumuz hələ də qalır, danışmaqda davam etməliyik”, X.İsmayıl deyib.​

Buna da bax: Rafiq Tağının bıçaqlanmasından 4 il ötür, qatil hələ də tapılmayıb

​Mərasimdə R.Tagının həmkarlarından Rasim Qaraca, Murad Köhnəqala xatirələrini bölüşüblər.

“Hökumət onun qatillərini tapmağa borcludur. Əgər fransız ədəbiyyatının vicdanı Viktor Hüqo idisə, Azərbaycan ədəbiyyatının vicdanı Rafiq Tağıdır”, M.Köhnəqala bildirib.

Rafiq Tağını 2011-ci il noyabrın 19-da işdən evinə gedəndə küçədə naməlum şəxs bıçaqlamışdı. O, 4 gün sonra xəstəxanada vəfat etdi.

Yazıçı bıçaqlanandan sonra xəstəxanada Azadlıq Radiosuna verdiyi müsahibədə yazılarına görə, hədəfə alındığını güman etdiyini demişdi.

R.Tagının ölümü ilə bağlı cinayət işi açılıb, amma 2014-cü ildə iş üzrə icraat dayandırılıb. Prokurorluq cinayət işi üzrə qərarını belə əsaslandırmışdı:

“Təqsirləndirilən qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq, iş üzrə icraat dayandırılıb”
Rafiq Tağı öldürülməsə idi, bu gün, avqustun 5-də 66 yaşı tamam olacaqdı.

"Onu iki dəfə öldürdülər"

"Onu iki dəfə öldürdülər"
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Rafiq Tağı vəfatından bir saat əvvəl

Rafiq Tağı vəfatından bir saat əvvəl
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

XS
SM
MD
LG