Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:00

"Hakim qətnaməni oxuyub zaldan qaçdı"


►“Deyirlər, Ramiz Rzayev gül qoymağa gedib, hələ gəlməyib”

Bakıdan və regionlardan bir qrup şikayətçi Ali Məhkəmənin sədri ilə görüş tələb edir

“Şikayətimiz məhkəmələrdəndir. Ədalətsiz qərarlardan cana doymuşuq. Qərarı oxuyan hakim anlamalıdır ki, o, təkcə kağızı üzündən oxumur, bir insanın taleyini oxuyur. Məhkəmələr ona görə qurulur ki, ədalət yerini tapsın, bizdəsə məhkəmələr icra orqanlarının əlində alətə çevrilib”.

Mayın 10-da günorta saat 1 radələrindən başlayaraq 10-dan çox şikayətçi Ali Məhkəmənin qarşısına toplaşıb.

Bu barədə AzadlıqRadiosuna toplaşanlar özləri məlumat veriblər. Sədaqət Hacıyeva deyir, onları Ali Məhkəmənin binasına toplaşmağa vadar edən səbəb məhkəmə qərarlarından narazılıqlarıdır:

“Şəxsən mənim ata mülküm bir hakimin 10 dəqiqəlik sövdələşməsinin güdazına gedib. Hakim özü də gördü ki, qarşı tərəf saxtakarlıqla mülkümü ələ keçirib. Bütün iclasları qarşı tərəfi qarşısına qoyub danladı, ancaq axırda qətnaməni onların xeyrinə oxuyub zaldan qaçdı”.

Sədaqət Hacıyeva deyir, yuxarı məhkəmələr aşağı məhkəmələrin saxta qərarlarını dəstəkləməklə növbəti saxtakarlığa qol qoyurlar:

____________________________________________________________

Bunlara da bax:
Erdoğan Sultan Abdülhamid-i yaddan çıxarıb
S.Novruzov: «AXCP qurultayında saxtakarlıq olub»

____________________________________________________________

HAMISI DİLBİRDİR”

“Apellyasiya, Ali Məhkəmə – hamısı bir-birləri ilə sanki dilbirdir. Bu, saxta qərar çıxarır, o biri notarius kimi təsdiqləyir. Hər dəfə qərar çıxanda vəkilim üzümə baxmağa utanır”.

Vahid Əmiraslanov da Ramiz Rzayev tərəfindən dinlənilməsini tələb edir:

“Qardaşımın üstünə narkotik atıblar. Bunu edən polislər məhkəmədə dilləri topuq vura-vura danışırdılar. Hakim də gördü ki, ittiham başdan-ayağa saxtadır. Adam toydan içkili evinə gəlirmiş. İçkilidir deyə, üstünə 5-10 qram da narkotiki özləri qoyublar. Hamısı məhkəmədə üzə çıxdı, bununla belə hakim bir insanın ömrü qədər cəza kəsdi”.

HƏLƏ DƏ GÖZLƏYİRLƏR

Toplaşanların deməsinə görə, indiyədək bir neçə dəfə Prezident Administrasiyasında olublar.

Məhkəmə qərarından narazılar etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Mayın 2-də növbəti dəfə orada olanda onlara bildirilib ki, narazılıqları məhkəmələrlə bağlı olduğundan mayın 10-da saat 14.30-da onları məhkəmə sədri Ramiz Rzayev qəbul edəcək. Saat 13.00-dan məhkəmə binası qarşısına toplaşmağa başlayıblar. Burada onlara Ramiz Rzayevin keçmiş prezident Heydər Əliyevin anım mərasimi ilə bağlı Fəxri Xiyabana getdiyini, hələ qayıtmadığını bildiriblər. Saatlar keçməsinə baxmayaraq, məhkəmə sədri ilə görüşmək istəyənlər hələ də binanın birinci mərtəbəsində gözləyirlər.

Ali Məhkəmədən AzadlıqRadiosuna məsələ ilə bağlı münasibət bildirən olmayıb.

Azərbaycanda məhkəmələrin icra orqanından asılılığı barədə fikirlər bir sıra beynəlxalq insan haqları təşkilatları, eləcə də yerli hüquq müdafiəçiləri tərəfindən səsləndirilir. Hakimiyyət təmsilçiləri isə tənqidləri qəbul etmir, məhkəmənin işinə müdaxilənin mümkün olmadığını söyləyirlər.

Buna da bax:

DINLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun Radio proqramında (10 may)

Qadın döyüşçülərin Qarabağ xatirələri
Qafqazın ilk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun ölümündə doğrudanmı Mircəfər Bağırovun əli olub?

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (10 may)

Müəllimlərin maaşı yeni qayda ilə hesablanacaq
XS
SM
MD
LG