Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:27

Jurnalistin ölümündə suçlanan: “Əcəb eləmişəm"


Rasim Əliyevin döyülməsi
Rasim Əliyevin döyülməsi

►Məhkəmədə dava düşdü

Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsilə bağlı martın 1-də keçirilən məhkəmə iclasında dava düşüb.

Təqsirləndirilən şəxslərdən Elşən İsmayılovun vəkili Səfər Hüseynov gecikdiyinə görə hakim Eldar İsmayılov prosesdə fasilə elan edib. Elə insident də fasilə zamanı baş verib.

“SÖYÜB, MƏN DƏ VURMUŞAM”

Məhkəmə zalındakı şüşə kabinədə təqsirləndirilən şəxslərin öz aralarında danışıb-gülməsi Rasim Əliyevin anası Teyfurə Əliyevanı hiddətləndirib. Zərərçəkmiş təqsirləndirilən şəxslərin ünvanına kəskin ifadələr, söyüş səsləndirib:

“Bütün Azərbaycan sizi söyür, siz isə gülürsüz. Sizdə sifət var… Utanmır, anasını atıb ortaya (Elşən İsmayılovun ana söyüşünə görə Rasim Əliyevlə görüşə getməsi barədə dediklərini nəzərdə tutur-red.). Rasim sizin hansınızı tanıyırdı...?”

Teyfurə Əliyevanın dediklərinə Elşən İsmayılov belə cavab verib:

“Nə eləmişəm, əcəb eləmişəm. Nə edim, özümü öldürüm? Söyüb, mən də vurmuşam. Bu da o deyil ki, pulqabı oğurluğunu da yüklədilər mənə. Söyməsəydi, bütün bunlar da olmazdı. Bəsdirin də…»

Bu zaman Rasim Əliyevin nişanlısı Gülər Abbasova ilə təqsirləndirilən şəxslərdən Kənan Mədətovun anası arasında əlbəyaxa dava olub.

İnsidentlə əlaqədar tərəflər çıxarılıb və məhkəmə zalı boşaldılıb.

“DAXİLİ QANAXMA OLMAYIB”

Fasilədən sonra məhkəmə iclasında zərərçəkmiş Teyfurə Əliyevanın nümayəndəsi Fariz Namazlı çıxış edib. O, məhkəmə prosesində vəsatətlərinin təmin olunmamasından, özəlliklə, həkimlərin məsuliyyətə cəlb olunmamasından narazılığını ifadə edib:

“Rasim xəstəxanaya gedəndən sonra 6-7 saat ərzində onun ölümüylə sonuclanacaq ağrıları olmayıb. Bu, onun xəstəxanada verdiyi müsahibədən də görünür. Həkimlərin istintaqa ifadələrindən məlum olur ki, Rasim Əliyev xəstəxanaya daxil olarkən rentgen müayinəsindən keçib, lakin onda hər hansı daxili qanaxma müəyyən edilməyib. Ekspert rəyində isə daxili qanaxmadan bəhs olunur. Xahiş edirəm, həkimlərin fəaliyyətinə qiymət verəsiniz”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“MƏNƏ QALSA...”

Ardınca Teyfurə Əliyeva çıxış edərək deyib ki, bu iş üzrə müttəhimlər kürsüsündə bu beş nəfərlə yanaşı, futbolçu Cavid Hüseynov və həkimlər də oturmalı idi. Zərərçəkmiş həmçinin təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini istəyib:

“Mənə qalsa, onlara ölüm cəzası verərəm. Ölüm yoxdursa, ömürlük həbs olunsunlar. Amma qanun imkan vermir. Onlara ən ağır cəzanın verilməsini tələb edirəm. Onlar oğlumu aldadıb, üzr istəmək adıyla çağırıblar. Hamısı da yaxşı bilib ki, hara gedir, niyə gedir. Heç vaxt bunları bağışlaya bilmərəm…”

Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

“ORADA PUL KİSƏSİ OLMAYIB”

Təqsirləndirilən Elşən İsmayılovun vəkili Səfər Hüseynov bildirib ki, müdafiə etdiyi şəxsə CM-nin 177-ci (oğurluq) maddəsilə verilən ittiham tamamilə əsassızdır və bu maddə ilə ona bəraət verilməlidir. Müdafiəçi də çıxışında jurnalistin ölümündə həkimlərin məsuliyyətindən danışıb:

“Bütün ifadələrdən aydın görünür ki, orada pul kisəsi olmayıb və Elşən İsmayılov onu oğurlamayıb. Buna görə ona oğurluq cinayəti ilə bağlı bəraət verilməlidir. Rasimi müayinə edən həkimlər də məsuliyyətdən kənarda qaldılar. Onun ölümünə səbəb həkim səhlənkarlığıdır. Bu adam 8 saat xəstəxanada qalıb, müsahibə verib. Əgər onun vəziyyəti ağır olsaydı, anası xəstəxanada elə qoyub getməzdi. Elşənin ittiham olunduğu 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər virma) maddəsinə tövsif edilməlidir”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“500 NƏFƏR TUTULACAQDI?”

Səfər Hüseynov məhkəmədən cəza təyin edərkən Elşən İsmayılovun polisə könüllü getməsi, məcburi köçkün olması kimi məqamların nəzərə alınmasını istəyib və ona cəzanın aşağı həddinin təyin olunmasını xahiş edib.

Digər təqsirləndirilən Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev isə müstəntiq səhvlərindən danışıb:

“Əgər Elşənin 500 dostu ora getsəydi, hərəsi Rasimə bir barmaq vursaydı, hamısını tutmaq lazım idi? Hesab edirəm ki, cinayət işinin materiallarında qanunsuzluqlar var. Müstəntiq yalan ifadələrlə ittiham aktı düzəldib. Sənədlərin heç biri düzgün tərtib edilməyib”.

HƏKİMLƏRİN İZAHATLARINDA UYĞUNSUZLUQ VAR

Bu müdafiəçi də jurnalistin ölümünə görə həkimləri günahlandırıb. Qeyd edib ki, Rasim Əliyev xəstəxanaya daxil olarkən çəkilmiş rentgenin nəticəsi işə əlavə edilməyib.

“Həkimlərin izahatlarında onun xəstəxanaya daxilolma, əməliyyata götürülmə saatları ilə bağlı uyğunsuzluqlar var. Bu faktlar ciddi araşdırılmalı və həkimlərin səhlənkarlığı tanınmalıdır”.

Şəmsəddin Quliyev Camal Məmmədova verilmiş ittihamın CM-nin 221-ci (xuliqanlıq) maddəsinə tövsif olunmasını istəyib.

Məhkəmə prosesi martın 3-də digər vəkillərin müdafiə çıxışı ilə davam edəcək. (Ardı aşağıda)

Bundan əvvəl də məhkəmədə qalmaqal yaşanmışdı (Video)

Jurnalistin ölümüylə bağlı məhkəmədə qalmaqal düşüb
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Rasim Əliyev Facebook-da futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib. Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Prokuror təqsirləndirilən şəxslərdən Elşən İsmayılov və Arif Əliyevin hər birinə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevin hərəsinə isə 11 il 6 ay olmaqla, təqsirləndirilən şəxslərə ümumilikdə 63 il həbs cəzası istəyib.

Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Cavid Hüseynovun işi üzrə icraat ayrılıb və hazırda onun da məhkəməsi davam edir.

Buna da bax: Hicabda və boks əlcəklərində- [Fotolar]

XS
SM
MD
LG