Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:35

«Bizi Avropaya yaxın buraxan var ki?»


Rasim Musabəyov
Rasim Musabəyov

-

Deputat Rasim Musabəyov Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırır:

– Rasim bəy, Böyük Britaniyanın Avropa Birliyindən çıxması qlobal siyasi-iqtisadi proseslərə nə vəd edir?

– Fikrimcə, bu, yanlış qərar idi. David Cameron elə bilirdi ki, referendum keçirməklə Britaniyanı Avropa Birliyinə daha sıx bağlayacaq. Ancaq uduzdu, onun uduzmağı elə bir faciə deyil, amma Böyük Britaniyanın qərarı səhv idi, bunun acı nəticələrini siyasətdə Şimali İrlandiya, Şotlandiya ilə münasibətdə dadacaqlar. İqtisadi təsirləri sabahdan yox, elə bu gündən nəticəsini göstərməyə başlayıb. Bu onu göstərir ki, populizmlə oynamaq dövlət üçün təhlükəlidir.

– Britaniya avrozonaya daxil deyildi, Şengen vizasına qoşulmamışdı. İtirilənlər nə olacaq o zaman?

– Britaniya Avropa Birliyində olmaqla böyük maliyyə mərkəzi idi. İndi Britaniya Avropa Birliyindən çıxandan sonra nəhəng maliyyə qurumlarının öz qərargahlarını İngiltərədən Avropa Birliyi ölkələrinə keçirməyəcəyindən əmin deyiləm. Britaniyanın Avropa Birliyi ilə bağlı 15 milyard avro həcmində xərcləri vardı. Nəzərə alsaq ki, Britaniyanın daxili məhsulu trilyon yarım avro ilə ölçülür, 15 milyardlıq xərcə qənaət barədə düşünmək yanlış addım idi. Ancaq hər halda bu, Britaniya xalqının qərarı idi və buna hörmətlə yanaşmaq lazımdır.

– Azərbaycana təsirləri ola bilərmi?

Rasim Musabeyov: Bunun Azərbaycana ciddi təsiri olmayacaq
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00
Direct-ə keçid

– Azərbaycana hansısa ciddi mənfi təsiri gözlənilmir. Sadəcə, indi neftin qiyməti müvəqqəti düşüb, maliyyə bazarlarında avro, funt-sterlinq dollarla müqayisədə düşüb, ancaq inanmıram ki, bu proses uzunmüddətli olsun. Avropa Birliyi də Britaniyanın bu qərarı ilə dağılan deyil.

– Yəni, domino effekti verməyəcək?

– Verməyəcək.

– Britaniyanın bu qərarında Rusiya faktorunu necə qiymətləndirirsiniz?

– Xeyr, bu məsələdə Rusiya faktoru yoxdur. Bu, Britaniyanın mühafizəkar, əyalət təfəkküründə olan insanlarının, təəssüf olsun ki, səs çoxluğudur. Mən demirəm ki, artıq nöqtə qoyulub. Referendumun nəticəsi Britaniyanı Avropa Birliyinin tərkibindən avtomatik çıxarmır. Sabah parlamentin, Şotlandiyanın, Şimali İrlandiyanın, iri maliyyə qurumlarının da rəyini alaraq, mənfi təsirlərini görərək Britaniyanın Avropa Birliyində hansısa formada saxlanması ilə bağlı danışıqlar başlaya bilər.

– Rasim bəy, bəzi ölkələrdə, o cümlədən Azərbaycanda antiavropa meylləri var. Sizcə, Britaniyanın bu qərarı Azərbaycanı avrointeqrasiyadan uzaqlaşdıra bilərmi?

– Bizi AvropaBirliyinə yaxın buraxan varmı ki? Kimlərsə bu xülya ilə yaşayırsa, yanlış mövqedədirlər. Konkret ikitərəfli münasibətlərə heç bir təsiri olmayacaq. Azərbaycan praqmatik siyasət yürüdür, heç bir eyforiyaya qapılmadan qarşılıqlı maraqlar əsasında siyasi, mədəni, iqtisadi əlaqələri inkişaf etdirməyə çalışır. Düşünürəm ki, bu da düzgün yoldur.

XS
SM
MD
LG