Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:31

‘1-ci ledi elə 1-ci lediydi, onun vitse-prezident olmasına nə ehtiyac vardı?’


Rokçu Camal Əli.
Rokçu Camal Əli.

Bir müddət öncə siyasi hakimiyyəti tənqid edən mahnı oxuduğuna görə ailəsi polis bölməsinə aparılan, yaxınlarına təzyiq göstərilən, Almaniyada yaşayan rokçu Camal Əli AzadlıqRadiosu-na müsahibə verib.

– Camal bəy, ailənizə təzyiqlər vardı. O təzyiqlər dayandımı?

– Təzyiqlər dayandırıldı. Danışdığımız kimi oldu. Onlar dedilər ki, videonu silməlisiniz. Biz də məsələni uzatdıq. Sonra da silmək mənasız oldu. Camaat başladı mahnını yükləməyə. Biz də bir müddət videonu dayandırdıq, sonra yenidən açdıq. Hələlik, sakitlikdir. Amma növbəti mahnıdan sonra nə olacağından əmin deyilik.

– Növbəti mahnı nə haqdadır?

– Mahnı hazırdır. Artıq video da çəkilib. Növbəti mahnı insanlara göstərdikləri dəstək və birliyə görə təşəkkür mahnısıdır.

Buna da bax:​ Rokçu Camal Əlinin polisə aparılan qohumlarına xəbərdarlıq edilib

Rokçu Camal Əli: '40 nəfərin adını çəkmişdilər ki, bax, bu adamları işdən çıxaracağıq'
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00
Direct-ə keçid

– Almaniyada qrupunuz var?

– Qrupda iki nəfərik, mən və Araz. Bir də əməkdaşlıq etdiyimiz adamlar var. Mən dörd ildir burdayam. Haqqında yazmadığım çox mövzular vardı, götür-qoy edirdim. Fikrim var həmin mövzularda nəsə hazırlayım. Hesabat xarakterli bir şey olacaq. Bir də, həftədə bir dəfə radio verilişi hazırlamağı düşünürəm. Sarkazm dozasını artıra-artıra, görək haracan gedirik. Onlar bizə qol gücüylə qalib gəlmək istəyirlərsə, biz yumorla qalib gəlmək istəyirik.

– Nə dərəcədə mümkündür?

– Mümkün olmayan heç nə yoxdur. Çe Gevara demişkən, realist ol, inanılmazı istə. Bizim məqsədimiz də budur. Amma bu bir-iki nəfərlə alınmır.

Buna da bax: "Bəxtim gətirdi ki, Eurovision xala orda idi, keçdi polislərin qabağına"

Camal Əli Bakıda mitinqdə. 27Mart2012
Camal Əli Bakıda mitinqdə. 27Mart2012

– Sizinlə bağlı insident onu göstərdi ki, basqılardan yayınmaqdan ötrü Azərbaycanı tərk etmək yetərli deyil, burda qalanlar vasitəsilə də danışan dilləri susdurmağa cəhdlər davam edə bilər. Bu hadisədən sonra sizdə bir özünüsenzura işə düşdümü?

– Adam istəmir onun yaxınlarına, qohumlarına nəsə olsun. Xüsusilə o adamların mənim nəylə məşğul olmağımdan xəbərləri yoxdur. Qırx nəfərin adını çəkmişdilər ki, bax, bu adamları işdən çıxaracağıq, ölkədən çıxmağa qoymayacağıq, filan-bəsməkan. Mən o insanlara problem yaratmaq istəməzdim. Amma belə də alınmır, dayanıb deyəsən ki, yaxşı, artıq heç nə etmirəm, mənim anam anadır. Amma orda yüz min ana var, onların da problemləri var, şəxsi məsələdən çox ictimai məsələ olduğundan, istər-istəməz, kompromisə getmək məcburiyyətində qalırsan. Ancaq elə şeylər var, onları yazırsan. Mən özümə senzura qoymuram. Sonra fikirləşirəm ki, yəqin bunun hansısa nəticəsi olacaq. Əvvəl biz düşünürdük ki, ailələrə toxunmurlar. Amma axır vaxtlar tendensiya dəyişdi, ailəylə təzyiq edirlər. Tapıblar yolunu.

– Deyirsiniz ki, qırx nəfərin adı verilmişdi. Onların hamısı qohumlarınızdır?

– Qohumlardır, bəli. Uşaq vaxtı toyda-yasda gördüklərimdir, belə qohumlardır.

Buna da bax:​ Camal Əli Azərbaycanı tərk etdi [VIDEO]

– Yəqin bu durumda seçim etmək də çətin olardı?

– Çətindir, o adamları ac-susuz qoyurlarsa, ölkədən çıxmağa imkan vermirlərsə, sən buna görə məsuliyyət daşıyırsan. Elə bir vəziyyət alındı ki, guya problemi mən yaratmışam, amma problemi yaradan yenə də hakimiyyətin özüdür, polisdir. Sadəcə, məni qohumlarımla üz-üzə qoydular.

– Bəs qohumlardan sizə dəstək çıxan və ya qınayan oldumu? Onların reaksiyası necəydi?

– Qırx nəfərdən, demək olar, heç kimlə danışmamışam. Ancaq bir-iki qohumla söhbət etmişəm. Çox az adam dəstəklədi, əksəriyyəti qorxur.

– Camal, ananızı polis idarəsinə aparanda, ona təzyiq göstərəndə, çox güman, daha çox təlaş keçirmisiniz. İstənilən halda, uzun illərdir burda qoyduğunuz ananı bir də sizə görə indi polis sıxışdırıb. Yəqin o zaman geri çəkilməyə daha yaxın olmusunuz?

– Mən ümumiyyətlə, geri addım atmağı düşünmürdüm. Hər şey ordan başlayır, sonra da dayanmır. Neyləsən, deyirlər ki, aparın anasını, nə istəyirsiz etsin. Mən istəmirəm onlara elə bir rıçaq verim. Onlar elə bilirlər ki, məni bu şəkildə idarə edə biləcək, əllərində saxlayacaqlar. Yəni, düzdür, axırda kompromisə getmək məcburiyyətində qaldıq. Məsələni elə təqdim etdik ki, yaxşı, sılirik filan... Mənə elə gəlir ki, onlar önə çıxdıqca, geri oturtmalıyıq. Onların dediyilə oturub-dursaq, heç bir mənası qalmır, nə mübarizə olur, nə də...

Buna da bax:​ 'İlham Əliyevin sultan elan olunacağı günü ağla gətirmək...'

Rokçu Camal Əli azadlıqda
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00
Direct-ə keçid

– Artıq bir neçə ildir Almaniyada yaşayırsınız. Orda sırf yaradıcılığa fokuslanmısız, ya başqa işlər də görürsünüz?

– Əslində, burda çox işlə məşğulam. Çoxu da yaradıcılıqla bağlıdır. Azərbaycanla bağlı olanı da var, yerli musiqiçilərlə layihələr də. Məktəbdə uşaqlara rep oxumağı öyrədirəm, serial ssenarisi yazıram...

– Bu enerjini Azərbaycanda xərcləyib, yetərli auditoriya yığa bilərdiniz bəlkə, amma bir neçə il qabaq ölkəni tələsik tərk etməli oldunuz. Çətin deyil?

– Azərbaycanda yaxşı auditoriya da yığmaq olar, yaxşı həbs illəri də yığmaq olar. Mən hesab etmirəm ki, bu planetə həbsdə oturmaq üçün gəlmişəm. Ona görə indi azad yerdəyəm. Həm Azərbaycan üçün nəsə edirəm, həm də istədiyim kimi yaradıcılıqla məşğulam. Berlində özümü əla hiss edirəm. Bura hər mənada azadlığın limitini yaşayacağım yerdir.

Buna da bax:​ 1-ci vitse-prezidentin qanunla hansı hüquq və vəzifələri var? [video]

Camal Əli, Almaniyaya mühacirət edib. 2015.
Camal Əli, Almaniyaya mühacirət edib. 2015.

– Azərbaycandan ötrü darıxırsınız?

– Olanda olur. Hansısa uşaqlardan ötrü, görüşlərdən ötrü. Bir də görürsən, kimsə zəng vurur ki, beş nəfər oturmuşuq sənin mahnına qulaq asırıq. Adam istəyir onda orda olsun. Amma sözün düzü, Meydan TV-nin, ya da AzadlıqRadiosu-nun saytına girib orda baş verənləri görəndə deyirsən, yaxşı ki, orda deyiləm.

– Azərbaycan Avropadan necə görünür?

– Çox adam üçün ekzotik, uzaqda yerləşən ölkədir. Bilirlər ki, siyasi sistem bərbaddır, Rusiyanın əlaltısıdır, nefti-qazı var... Yəni ölkənin imici çox da yüksək deyil. Hamı bilir ki, İlham Əliyev hakimiyyəti atasından alıb, yoldaşı vitse-prezidentdir. Birinci ledi elə birinci lediydi, onun vitse-prezident olmasına nə ehtiyac vardı? Bunu rəsmiləşdirirlərsə, o deməkdir ki, bir ailə ölkəni idarə edir. Kimə deyirsən, gülür.

Buna da bax:​ 'Saysız-hesabsız fərmanlar və gurultulu vədlər əks effekt verdi'

– Sonda bir sözünüz var bəlkə?

– AzadlıqRadiosu-nun dinləyicilərini, saytının oxucularını öpürəm, salam deyirəm hamısına. Yaxın zamanda ümid edirəm yaradıcılığımızı dəstəkləməyə davam edəcəklər. Dəstək olanda özünü güclü sayırsan və gördüyün işin lazımlı olduğunu, qarşılığı olduğunu düşünürsən. Dialoq olanda, ortaya daha mənalı işlər çıxır.

XS
SM
MD
LG