Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:55

Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatı ləğv edilib


Mayın 15-də Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması barədə qərar qəbul edilib.

Bu barədə AZƏRTAC xəbər yayıb.

Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddia qaldırmışdı.

Nazirlik ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğunu bildirmişdi. Nazirlik təşkilatın ləğvindən ötrü bu il martın 9-da Ali Məhkəməyə müraciət etmişdi.

Ali Məhkəmənin qərarı, hələ qanuni qüvvəyə minməyib. ÜAK bu qərardan bir ay ərzində apellyasiya şikayəti verə bilər.

Xatırlatma

Hələ, məhkəmənin qərarından öncə, aprelin 3-də Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı narahatlığını ifadə etmişdi

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb.

Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatı sayılır. Qurumun Rusiyanın 80-dən çox bölgəsində şöbələri var.

XS
SM
MD
LG