Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:41

Rusiya Finlandiya ilə sərhəddəki qoşunu ordan çıxarıb


Alakurttidəki hərbi hissə
Alakurttidəki hərbi hissə

Son bir ayda çəkilmçiş peyk fotolarından görünür ki, Rusiya Finlandiya ilə sərhəddən 100-dən çox ağır texnikanı çəkib aparıb

Son bir ayda çəkilmçiş peyk fotolarından görünür ki, Rusiya Finlandiya ilə sərhəddən 100-dən çox ağır texnikanı çəkib aparıb.

Bu hadisə Finlandiyanın NATO üzvlüyü istiqamətində hərəkət etdiyi vaxta təsadüf edib.

Bu barədə məlumatı Finlandiyanın Yle telekanalı yayıb.

Xəbər verilir ki, texnikanın sərhəddən geri çəkilməsi Rusiyanın 34667 saylı hərbi hissəsində baş verib.

Bu hərbi hissə Murmansk vilayətinin Alakkurtti kəndində Finlandiya ilə sərhədin 70 kilometrliyində yerləşir.

Hərbi hissə isə Rusiyada son vaxtlar yaradılmış Şimal hərbi dairəsinin Şimal donanmasına daxildir.

Alakurtti kəndindəki hərbi hissədə 80-cı motoatıcı briqada mənzillənib. Burada 2100-dək hərbçi var.

Hələ may ayında Finlandiya mediası yazırdı ki, bu hərbi hissənin Ukrayna müharibəsinə cəlb olunduğu müşahidə edilməyib.

Lakin mayın 13 və 24-də çəkilmiş peyk fotolarından görünür ki, hərbi hissədəki texnikanın sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Söhbət ilk növbədə tankların, yedək maşınlarının və özüyeriyən artilleriya qurğularının azalmasından gedir.

Hərbi ekspert deyir ki...

Hərbi ekspert Mark Eklundun təxminlərinə görə Alakurttidəki hərbi hissədən texnikadan başqa 800-dək əsgər aparıla bilərdi.

Ekspert hesab edir ki, Rusiya bunları Ukraynaya aparır.

Eklund texnika və canlı qüvvənin guya təlimlər üçün aparılması versiyasına inanmır.

Çünki hərbi təlimlər hər altı aydan bir olur və artıq elə bu yazda başa çatmalı idi.

Yle jurtnalistləri habelə diqqət veriblər ki, Alakurttidə bu yaxınlarda boş iş yerləri barədə elanlar çoxalıb.

Bu elanların arsında onlarca hərbi peşələrə aid olanları da var.

Bu da qeyd olunmalıdır ki, iyulun 5-də NATO-ya üzv ölkələrin səfirləri Finlandiya və İsveçin alyans üzvlüyünə qəbulu üçün protokolları imzalayıblar.

Protokolların milli parlamentlərdə ratifikasiyası 4 ayadək davam edə bilər.

XS
SM
MD
LG