Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:38

Rusiya hərbi xidmət üçün yaş həddini ləğv etməyə hazırlaşır


Hakim Vahid Rusiya partiyasından müdafiə komitəsinin sədri və müdafiə nazirinin keçmiş müavini Andrey Kartapolov
Hakim Vahid Rusiya partiyasından müdafiə komitəsinin sədri və müdafiə nazirinin keçmiş müavini Andrey Kartapolov

Sözü gedən qanun layihəsi qəbul olunduqdan sonra əhalinin daha yaşlı kateqoriyasını müharibəyə cəlb etmək mümkün olacaq

Rusiya Dövlət Dumasına müqaviləli hərbi xidmət üçün yuxarı yaş həddinin ləğvi barədə qanunvercilik layihəsi təqdim olunub.

Layihənin mətni dumanın rəsmi saytında dərc edilib.

Hazırda mövcud olan qanuna görə Rusiya vətəndaşı müqaviləli hərbi xidmət üçün 40 yaşına, xarici vətəndaş isə 30 yaşınadək müraciət edə bilər.

Layihənin müəllifləri – hakim Vahid Rusiya partiyasından müdafiə komitəsinin sədri və müdafiə nazirinin keçmiş müavini Andrey Kartapolov və onun komitə üzrə birinci müavini Andrey Krasovdur.

Onlar əmək qabiliyyətli əhali üçün müqaviləli hərbi xidmətin yuxarı yaş həddinin ləğv olunmasını təklıif edirlər.

Beləliklə, bu layihə qəbul olunarsa, Rusiya vətəndaşları 65 yaşınadək müqaviləli hərbi xidmətə cəlb oluna bilərlər.

Deputatlar hesab edirlər ki, qanun orduya hazırda ehtiyac duyulan yeni mütəxəssislərin, əsasən həkim və mühəndislərin cəlb olunmasına imkan verəcək.

"Azovstal"dakı Ukrayna hərbçiləri çıxarılır
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Rəsmən səfərbərlik elan olunmasa da

Qanun layihəsinə əlavə edilmiş izahatda deyilir ki, müasir orduda “dəqiq silahlardan istifadə və onlara xidmət göstərilməsi üçün yüksək ixtisaslı şəxslərə ehtiyac var”.

Qanun layihəsi müəlliflərinin fikrincə belə ixtisaslı ekspertlər 40-45 yaşlarında formalaşır.

Ekspertlər diqqəti belə bir məqama çəkirlər ki, layihə məhz indi Rusiya ordusunun Ukraynada ağır itkilərə məruz qaldığı bir vaxtda təklif olunub.

May ayının əvvəllərində Britaniya və ABŞ mediası və kəşfiyyatı prezident Vladimir Putinin bu itkilərlə bağlı ümumi səfərbərlik elan edə biləcəyini bildirirdilər.

Kreml bu kimi xəbərləri “yalan” və “cəfəngiyyat” adlandırırdı.

İndi isə sözü gedən qanun layihəsi qəbul olunduqdan sonra əhalinin daha yaşlı kateqoriyasını müharibəyə cəlb etmək mümkün olacaq.

Uğursuzluğu gizlətmək çətinləşir

Reuters agentliyi yazır ki, Rusiya ordusu Mariupol şəhərinin xarabalıqları üzərində nəzarəti ələ alsa da, Donbas regionunu tamamailə zəbt edə bilməyib.

ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin keçmiş komandanı general Ben Hoces deyib ki, Moskva üçün Ukraynadakı uğursuzluqları gizlətmək get-getə çətinləşir:

"Aydın məsələdir ki, rusların başı bəladadır. Belə görünür ki, bu qanun layihəsinin təqdim olunması əhalini həyəcana gətirmədən canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədi güdür”.

Britaniyadakı RUSI analittik mərkəzində hərbi məsələlər üzrə ekspert Cek Uotlinq də bildirir ki, Rusiya ordusu canlı qüvvə sarıdan problemlə üzləşib:

"Rusiya Ukraynadakı hərbi birləşmələrində heyət sabitliyini qoruyuvb saxlamağa və yeni hərbi birliklər yaratmağa çalışır. Bu çox yavaş və mürəkkəb proses olacaq. Digər tərəfdən hərbi təcrübəsi olan şəxsləri hərbi xidmətə cəlb etməklə bu prosesi sürətləndirmək olar”.

XS
SM
MD
LG