Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:29

Pisləşən Rusiya iqtisadiyyatı inqilaba yol aça bilərmi?


Rusiya iqtisadiyyatında böhran
Rusiya iqtisadiyyatında böhran

-

Bloomberg agentliyi xəbər verir ki, Rusiya prezidenti narahatdır və son aylar ərzində ölkədə yaşayış səviyyəsinin aşağı düşməsini müzakirə etmək üçün bir neçə dəfə öz köməkçiləri ilə görüşüb.

Agentlik bildirir ki, Putinin reytinqi əvvəlki kimi yüksəkdir. Ancaq Kremldə rəsmi şəxslər etiraf edirlər ki, Krımın ilhaqı və Suriyadakı əməliyyatlarla bağlı vətənpərvərlik eyforiyası bayatlamağa başladıqca iqtisadi itkilər Putinə ictimai dəstəyi zəiflətməyə başlayacaq.

"YOXSULLUQ HƏDDİNDƏN AŞAĞI RUSLARIN SAYI ARTACAQ"

Rusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin

Bloomberg agentliyi Ali iqtisadiyyat məktəbinin proqnozuna istinadən bildirir ki, bu ilin sonuna qədər yoxsulluq həddindən aşağı yaşayan rusiyalıların sayı 3 milyon nəfərdən çox artacaq, orta təbəqə isə 6 milyon nəfərdən çox azalacaq. Bunun 1999-cu ildən bəri ən güclü eniş olduğu bildirilir. Nəzərə alanda ki, Putinin populyarlığının əsasını ölkədə zəngin insanların sayının kəskin artması təşkil edir, bu proqnozlar ciddi qarşılanmalıdır.

Neft qiymətlərinin və rublun məzənnəsinin aşağı düşməsinə, Rusiyanın Ukrayna ilə bağlı sanksiyalar və özünün əks-sanksiyaları ucbatından verdiyi itkilərə rağmən baş nazir Dmitriy Medvedev bəyan edib ki, Rusiya iqtisadiyyatının enişi dayandırılıb və gələn il ölkə iqtisadiyyatında “yüksəliş olacaq”.

Üstəlik faktiki olaraq bu bəyanatla eyni zamanda Sberbankın rəhbəri German Qref Federasiya Şurasında çıxış edərək 2016-cı ildə böhranın davam edəcəyini deyib.

İQTİSADİ BÖHRAN İNQİLABA YOL AÇIR?

Çərşənbə günü YUKOS-un keçmiş rəhbəti Mixail Xodorkovskiy özünün onlayn mətbuat konfransında Rusiyada inqilab olacağını deyib. O deyib ki, Putin ölkədə antikonstitusiya çevrilişi həyata keçirib. İndi isə, ölkədə demokratiya və hüquqi dövlətə qayıdışın baş verməsi üçün Rusiyanı inqilab gözləyir.

“Ehtiyatlar 2017-ci ildə bitir... Rusiyada inqilab qaçılmazdır... Rezervlərin qalıqları və repressiya qorxusu olsa-olsa onun gəlişini təxirə salır. Söhbət ondan gedir ki, inqilabı necə nisbətən dinc etmək olar” - deyə, o bildirib.

Neftin ucuzlaşmasından başqa sanksiyalar da Rusiya iqtisadiyyatına təsir edib
Neftin ucuzlaşmasından başqa sanksiyalar da Rusiya iqtisadiyyatına təsir edib

Rusiyalı politoloq Vladimir Gelmansa deyir ki, inqilab haqqında danışmaq hələ tezdir:

“Rus inqilabının klassiki Leninin məşhir tərifinə görə inqilabi şərait yuxarıların əvvəlki kimi idarə edə bilmədiyi, aşağıdakılarınsa daha əvvəlki kimi yaşamaq istəmədiyi vəziyyətdir. Əslində indi bir tərəfdən yuxarılar həqiqətən köhnə qayda ilə idarə edə bilmirlər. Ancaq Rusiyadakı vəziyyət inqilabi şəraitə oxşamır. ...Belə baxanda iqtisadi siyasətə və əks-sanksiyaların tətbiqi kimi çoxsaylı uğursuzluqlara cavabdeh olan hökumət başçısı başqa nə deyə bilər ki? Digər tərəfdənsə biz kütləvi narazılığın irimiqyaslı təzahürlərini görmürük”.

"90-CI İLLƏRİN ƏVVƏLİNDƏ VƏZİYYƏT BELƏ DEYİLDİ"

Politoloq indiki vəziyyəti kifayət qədər “qeyri-sabit tarazlıq” adlandırıb:

“İndiki vəziyyətin nə dərəcədə möhkəm olduğunu nə biz, nə də hakimiyyət bilir. Çünki insanlar həqiqətən də daha pis yaşamağa başlayıblar, iş yerlərinin ixtisarı baş verir. Rusiyada belə bir şey heç 90-cı illərdə olmurdu. ...Bir qayda olaraq onda adamları işdən çıxarmırdılar. Onlar uzun müddət maaşlarını ala bilmir, ödənişdiz məzuniyyətlərə buraxılırdılar. Ancaq belə böyük ixtisarlar yox idi”.

Ekspert deyir ki, əvvəlki vaxtlarda hakimiyyət etirazları lokallaşdırmağa, yəni məsuliyyəti yerli hakimiyyətin üzərinə qoymağa çalışırdısa indiki şərait fərqlidir. İndi bir çox addımlar federal hakimiyyətin verdiyi qərarlara bağlıdır.
Vladimir Gelmannın sözlərinə görə elitanın daxilində ixtilaf kütlələrin güclü təzyiqi nəticəsində baş verə bilər.

“Belə bir təzyiq olmadıqca daxili açıq münaqişələr üçün əsas da yoxdur” - deyə, o qeyd edib.

XS
SM
MD
LG