Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:02

Rusiya milli azlıqların müdafiəsi üzrə Avropa konvensiyasından çıxıb


Çeçen-İnquş rəqs məktəbinin truppası
Çeçen-İnquş rəqs məktəbinin truppası

Rusiya milli azlıqların müdafiəsinə dair Avropa çərçivə konvensiyasından çıxıb.

Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumatı avqustun 14-də açıqlasa da, ölkə konvensiyadakı iştirakını avqustun 1-dən dayandırıb.

Rusiya bu sənədi 1996-cı ildə imzalamışdı. Konvensiyanı habelə Avropa Şurasının, Andorra, Monako, Türkiyə və Fransa istisna olunmaqla bütün üzvləri imzalayıblar.

Belçika, Yunanıstan, İslandiya və Lüksemburq konvensiyanı imzalasalar da hələ ki, ratifikasiya etməyiblər.

Konvensiya Avropada milli azlıqlarla rəftarın prinsiplərini ehtiva edir, habelə azlıqların diskriminasiyasına və zorla assimilyasiyasına qadağan qoyur.

Bu konvensiya milli azlıqların öz dininə sitayiş etmək və ana dilində danışmaq hüququnu tanıyır.

Putinin şəxsi təşəbbüsü

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Konvensiyadan çıxmasına dair qərar layihəsini Dövlət Dumasına 2023-cü ilin sentyabrında təqdim edib.

O iddia edirdi ki, 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa İttifaqı Rusiya ekspertlərinin konvensiyaya əməl edilməsi üzrə məşvərət kabinetindəki səlahiyyətlərini məhdudlaşdırıb. Putinin iddiasına görə Rusiya bu səbəbdən xaricdəki rusdillilərin hüquqlarına əməl edilməsinə nəzarətdən məhrum olub.

Əslində Rusiyada konvensiyanın səlahiyyətləri oktyabrın 19-da Putinin fərmanı ilə ləğv edilmişdi.

2022-ci ilin 16 martında Rusiya 26 illik üzvlükdən sonra Avropa Şurasından xaric edilib. Bundan bir gün əvvəl AŞPA Rusiyanın bu qurumdan xaric edilməsinə dair qərar verib.

2023-cü ilin fevralına olan məlumata görə Dövlət Duması Avropa İttifaqı ilə münasibətlərə dair, insan haqları da daxil, 21 müqavilənin fəaliyyətini dayandırıb.

Rəsmi məlumata görə Rusiya Federasiyasında 193 etnik qrup azı 270 dil və dialektdə danışır.

Rusiyanın etnik respublikalarındakı fəallar Moskvanın etnik azlıqların dil və mədəniyyətinə basqılarını tənqid edirlər.

XS
SM
MD
LG