Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:22

Baltik dənizi Rusiya nefti üçün bağlana bilər


Rusiyanın neft tankerlərindən biri (Arxiv fotosu)
Rusiyanın neft tankerlərindən biri (Arxiv fotosu)

Avropa İttifaqının rəhbərliyi Rusiya neftini ona qoyulmuş qiymət tavanından baha qiymətə daşıyan gəmilər üçün Baltik dənizindəki yolun bloklanması üçün Danimarkaya tapşırıq verməyi planlaşdırır.

Financial Times qəzeti yazır ki, Rusiyanın dəniz yolu ilə daşinan neftinin 60 faizi Baltik dənizindən keçir.

FT oktyabr ayında yazırdı ki, Rusiya neftinin heç bir partiyası 60 dollarlıq qiymət tavanından baha satılmayılb.

Bu məhdudiyyət Rusiya neftini barreli 60 dollardan baha satış üçün daşıyan tankerlərə Qərb sığortalarının verilməməsi ilə tənzimlənir.

Köhnə tankerlər

İndi Avropa İttifaqı Danimarka hökumətinə Qərb sığortası olmayan tankerlərin Danimarka dəniz boğazlarından keçidini qadağan etməyə göstəriş vermək niyyətindədir.

Bu da qeyd olunur ki, Rusiya neftinin əhəmiyyətli bir hissəsi köhnə tankerlərlə daşınır və bu isə ekologiya üçün təhlükə yaradır.

Aİ məmurlarının fikrincə bu məqam Rusiya neftinin dənizlə daşınmasını əngəlləyə bilər.

BMT-nin dəniz hüququ haqqında Konvensiyası sahilyanı regionlar üçün təhlükə yarada biləcəyindən ciddi şübhələr olan tankerlərin saxlanmasını tələb edir.

Danimarkanın buna imkanı varmı?

Noyabrın 15-də Avropa Komissiyası Rusiya iqtisadiyyatına qarşı sanksiyaların 12-ci paketini təqdim etməlidir.

Bu sanksiyaların arasında Rusiya neftinə qiymət tavanına əməl olunması tədbirləri də var.

Danimarka hökuməti bu barədə FT-nin sorğusunu şərh etməyib.

Məqalədə deyilir ki, Danimarkanın tankerlərin saxlanıb yoxlanması üçün real imkanlarının olub-olmadığı məlum deyil.

Kremlin sözçüsü Dmitri Peskov bu xəbəri şərh etməyib, amma deyib ki, ölkələr dəniz hüququna riayət etməlidirlər.

XS
SM
MD
LG