Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:35

Rusiya-Ermənistan “raket müqaviləsi” barədə Azərbaycan ekspertlərinin fikirləri


Bu həftə Ermənistan parlamenti Moskva və Yerevan arasında Qafqaz regionunda vahid hava hücumundan müdafiə sistemi yaradılmasına dair razılaşmanı ratifikasiya edib.

Razılaşma beş il müddətinə bağlanır və bundan sonra daha beş il uzadıla bilər.

UPİ agentliyi yazır ki, ekspertlər bu sazişin hər iki tərəf üçün faydalı olduğunu söyləyirlər, belə ki, vahid sistem Türkiyənin monitorinq edilməsi imkanlarını genişləndirəcək.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib ki, saziş Ermənistan üçün həyati əhəmiyyət kəsb edir, beləki Yerevana regional müdafiə vəzifələrinin yerinə yetirilməsində Rusiyanın ən müasir silahlarından, S-300 sistemlərindən, çoxfunksiyalı döyüş təyyarələrindən və raketdən müdafiə sistemindən istifadə etmək imkanı verir.

Bununla belə, UPİ TASS agentliyinin hərbi təhlilçisinə istinadən yazır ki, Dağlıq Qarabağın havadan müdafiəsi tamamilə Ermənistan Müdafiə Nazirlyinin resursları hesabına təmin ediləcək və Rusiya havadan müdafiə sistemləri bu bölgəyə müdaxilə etməyəcək.

Lakin bu sazişin həqiqətənmi Dağlıq Qarabağ münaqişəsi üçün heç bir fəsadı olmayacaq?

Konfliktoloq Əvəz Həsənov deyir ki, Moskvanın Ermənistan və Rusiya arasında imzalanmış vahid hava hücumundan müdafiə sisteminə dair sazişdən əsas məqsədi MDB hüdudlarını NATO-nun müdaxiləsindən müdafiə etməkdir. Bu mənada yeni heç nə baş verməyib. Digər tərəfdən Rusiya Ermənistanda çox sayda silah və texnika yığmaqla Erdoğanı gərginlikdə saxlamağa çalışır:

Hərbi ekspert Üzeyir Cəfərov düşünür ki, Rusiyanın bu addımı Türkiyəyə yönəlik addımdır və bütün yaxınlaşma və münasibətlərin normallaşdırılmasına baxmayaraq, Moskva Ankaraya səmimi münasibət bəsləmir:

Milli Məclisin deputatı Fərəc Quliyev də hesab edir ki, bu saziş əhəmiyyətsiz bir sənəddir və ayrılıqda Qarabağa heç bir aidiyyatı yoxdur. Millət vəkilinin fikrincə Qarabağa hər hansı müdaxilə üçün Rusiyaya saziş və ya başqa sənəd lazım deyil:

Deputat Aqil Abbas isə deyir ki, belə addımlara təəccüblənməyə dəyməz. Qaldı Qarabağ məsələsinə, Azərbaycan Ermənistanla müharibə etmir, Dağlıq Qarabağdakı terrorizmlə mübarizə aparır:

XS
SM
MD
LG