Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:45
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

Zelenski hesab edir ki, Rusiya onun ölkəsində soyqırım törədib və Rusiya qoşunlarının Ukraynanın şəhər və qəsəbələrindəki hərəkətləri “beynəlxalq tribunala çəkilir”.

O, Rusiyanı BMT Təhlükəsizlik Şurasında səsvermə hüququndan məhrum etməyə çağırıb.

Zelenski: “Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik və istənilən başqa şəhəri”

Volodimir Zelenski, Kiyev
Volodimir Zelenski, Kiyev

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 27-də Belarus vətəndaşlarına müraciət edib. O Belarus ərazisindən Ukraynaya raketlər, müxtəlif silahlar atıldığını bildirib.

Zelenski Belarusun Qomel çəhərində Rusiyanın Ukrayna ilə danışıqlara başlamaq istəməsi ilə bağlı məsələyə də toxunub. Ukrayna prezidentinin sözlərinə görə, o, “raketlərin uçmadığı istənilən ölkədə” danışıqlara hazırdır. “Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik və istənilən başqa şəhəri”.

Rusiya nümayəndə heyətinin danışıqlar üçün Belarusa getdiyi bildirilir

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün Belarusdadır. Onun sözlərinə görə, onlar danışıqları Qomeldə başlamağa hazırdır.

Peskov bildirib ki, nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Rusiyanın digər idarələrinin, o cümlədən prezident administrasiyasının nümayəndələri daxildir.

Daha əvvəl Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna danışıqlardan imtina etməyib, lakin “Rusiya tərəfinin hər hansı qəbuledilməz şərtlərindən və ya ultimatum tələblərindən qəti şəkildə imtina edir”.

Əcnəbilər döyüşmək üçün Ukraynaya çağırılır

Ukrayna prezidenti Volodimir Zelenski yeni bölmənin - Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionunun yaradıldığını elan edib.

Bu birlik Rusiya hərbçilərinin hücumlarının dəf edilməsində iştirak etmək istəyən əcnəbilərdən təşkil olunacaq.

“Rusiya işğalçılarına qarşı müqavimətə və dünya təhlükəsizliyinin qorunmasına qoşulmaq istəyən bütün əcnəbilər Ukrayna rəhbərliyi tərəfindən dövlətimizə gəlməyə və Ərazi Müdafiə Qüvvələrinin sıralarına qoşulmağa dəvət olunur”, - deyə Ukrayna prezidentinin saytında dərc edilmiş məlumatda deyilir.

Davamı

XS
SM
MD
LG