Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 03:37
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

Beynəlxalq Cüdo Federasiyasından Putin qərarı

Beynəlxalq Cüdo Federasiyası Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi ilə əlaqədar Vladimir Putinin təşkilatın fəxri prezidenti və səfiri səlahiyyətlərini dayandırıb, təşkilatın saytında bildirilir. Məlumatda vurğulanır ki, qərar “Ukraynada davam edən hərbi münaqişə fonunda” qəbul edilib.

Lukaşenka Ukrayna ərazisinə Belarusdan raket atıldığını təsdiqləyir

Aleksandr Lukaşenka Volodimir Zelenskinin müraciətinə cavab olaraq bildirib ki, Ukraynada bir dənə də olsun belarus əsgəri yoxdur, “heç bir belarus himayədarı” yoxdur.

"Belarus ərazisindən heç bir müharibə getmir", - Lukaşenka qeyd edib:

"Biz ruslara kömək edirikmi? Təbii ki, kömək edirik! Onlar bizə ağır xəsarətlərlə gəlsələr, biz onları müalicə edirik. Bunun nəyi pisdir?"

O, raketlərin Belarus ərazisindən Ukraynadakı mövqelərə atıldığını təsdiqləyib, lakin bu, məcburi addımdır, çünki “ Ukrayna tərəfində raket batalonları Belarusla sərhəddən bir neçə kilometr aralıda yerləşdirilib və hər dəqiqə Rusiya daxilindəki mövqelərinə zərbə endirməyə hazırdır"

Ukrayna Qomelə danışıqlara getmir, neytral ərazi iddiasında qalır

Ukrayna prezidenti Zelenskinin sözçüsü Sergey Nikiforov bildirib ki, Kiyev Belarusun Qomel şəhərində Rusiya ilə danışıqlarda iştirak etməyəcək:

"Biz orada olmayacağıq. İlkin şərtlərlə danışıqlar aparmayacağıq". "Bu format həqiqətən müzakirə olundu. Amma son anda Rusiya tərəfi Ukrayna ordusundan əvvəlcə silahı yerə qoymağı tələb etdi. Bu münasibətlə dərhal "Rusiya hərbi gəmisi"nin arxasınca getmək təklifi aldılar. Ona görə də onların bugünkü açıqlamaları və qərarlar, hər şeyə rəğmən, inadkarcasına Qomelə gedir - yalnız informasiya təzyiqi var”, - Nikiforov bildirib.

rəfi ilə istənilən neytral yerdə görüşməyə hazır olduğunu bəyan edib.

İrlandiya Rusiya təyyarələri üçün hava məkanını bağlayır

İrlandiya Rusiya təyyarələri üçün hava məkanını bağlayacaq. Bu barədə xarici işlər naziri Saymon Koveni Twitter hesabında yazıb.

"Biz digər Avropa İttifaqı (Aİ) tərəfdaşlarını da eyni şeyi etməyə çağırırıq. Həmçinin bu gün biz Aİ-də razılaşdırılacaq yeni genişmiqyaslı sanksiyaları və Ukraynaya yeni yardım paketini dəstəkləyirik", - nazir yazıb.

Davamı

XS
SM
MD
LG