Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:38

Rusiyada Euronews televiziyasının saytı bloklanır


Euronews-un Lyon ofisi
Euronews-un Lyon ofisi

Müxtəlif operatorların xidmətlərindən istifadə edən izləyicilərin “İnterfaks”a dediyinə görə, bəzilərində telekanalın yayımı dayandırılıb

Rusiya Baş Prokurorluğunun tələbilə “Roskomnadzor” ölkə ərazisində “Euronews” telekanalının saytını bloklayıb. Martın 21-dən euronews.com və onun rusca versiyası ru.euronews.com-a giriş məhdudlaşdırılıb.

“Roskomnadzor”dan “İnterfaks” agentliyinə bildirilib ki, Euronews-un saytında Rusiya Silahlı qüvvələrinin Ukrayna ərazisində “xüsusi hərbi əməliyyatı barədə yoxlanmamış ictimai əhəmiyyətli informasiya”, eləcə də icazəsiz aksiyalarda iştiraka çağırış dərc olunub.

500-dən çox resurs

Qurum Rusiya Prezidenti Vladimir Putinin martın 4-də imzaladığı qanuna istinad edib. Qanunda Rusiya ordusu haqda saxta informasiyanın ictimai şəkildə yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Müxtəlif operatorların xidmətlərindən istifadə edən izləyicilərin “İnterfaks”a dediyinə görə, bəzilərində telekanalın yayımı dayandırılıb və ekranda bu haqda bildiriş yerləşdirilib.

Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan AzadAvropa/AzadlıqRadiosu-nun “Настоящее Время”, “Крым.Реалии” portalları, radionun rus xidməti “Exo Moskvı”, “Dojd”, BBC-nin rus xidməti, Amerikanın Səsi, “Deutsche Welle”, “Meduza” bloklanıb. Bir sıra media orqanları fəaliyyətlərini dayandırıblar.

Müharibə başlayandan 500-dən çox müxtəlif resursun bloklandığı bildirilir.

XS
SM
MD
LG