Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:25

S.Novruzov: 'Neft çıxaranda təhlükəli deyildi, 3 oyunçu gələndə təhlükəli olur?'


S.Novruzov
S.Novruzov

«İdman oyununu siyasətə qatırlar. Böyük Britaniyanın ən böyük şirkətləri on illərdir Azərbaycanda işləyirlər. Nədənsə, o vaxt yadlarına düşmürdü ki, Azərbaycan təhlükəli ölkədir. Azərbaycandan neft çıxarılanda təhlükəli deyildi, «Arsenal»ın 3 oyunçusu gələndə, ölkəmiz təhlükəli zona olur və turistlərin gəlməsi ilə bağlı fikirlər söylənilir».

«Report» xəbər verir ki, bunu Milli Məclisin bu gün, mayın 17-də keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsidir: «Belə olan halda, Azərbaycan haqqında ədalətsiz fikirlər səsləndirilir. Deyirlər ki, Azərbaycanın hava uçuş məkanında problemlər var. Əfqanıstana yük daşıyanda problemlər yox idi. İndi iki futbol klubu ölkəmizə gələndə təhlükəli olur? Belə olanda, nə olur, hava tutulur, yoxsa açılır?..».

Xatırlatma

Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşması keçiriləcək. Finalda iki London (İngiltərə) təmsilçisi – «Arsenal» və «Çelsi» üz-üzə gələcəklər.

Bu oyun ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı sənəddə qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında münaqişə ilə bağlı Dağlıq Qarabağ və təmas xəttinə getmək tövsiyə olunmur. Orada habelə bildirilib ki, Dağlıq Qarabağa rəsmi Bakı ilə razılaşmadan gedilərsə, Azərbaycana girişə icazə verilmir. Tövsiyələrdə habelə, terrorçuların Azərbaycanda hücum törətmək ehtimalı istisna edilmir.

Sənəddə bütün bunlarla belə vurğulanıb ki, hər il Azərbaycana işgüzar məqsədlə 7 min Böyük Britaniya vətəndaşı gedir və onların səfərləri, əsasən, problemsiz ötüşür.

XS
SM
MD
LG