Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:44

Azərbaycanda daha bir Rusiya saytının bloklandığı bildirilir.


GENERIC - INTERNET BLOSK - WEBSITE BLOCK - INTERNET SHUTDOWN
GENERIC - INTERNET BLOSK - WEBSITE BLOCK - INTERNET SHUTDOWN

İyunun 30-da saytda Sergey Qazaryanla müsahibə dərc olundu. Həmin müsahibədə o, "Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri" kimi təqdim edildi

Azərbaycan ərazisində daha bir Rusiyanın informasiya agentliyin saytının bloklandığı bildirilir.

Turanın məlumatına görə, Eurasia Daily informasiya agentliyinin internet saytına (eadaily.com) giriş iyulun 3-dən Azərbaycanda məhdudlaşdırıldı. Ona giriş yalnız VPN proqramları ilə mümkündür.

İyunun 30-da saytda Sergey Qazaryanla müsahibə dərc olundu. Həmin müsahibədə o, "Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri" kimi təqdim edildi. Müsahibədə Azərbaycanın ərazi bütövlüyü şübhə altına atıldığı deyilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Turana bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

Məsələ ilə bağlı Eurasia Daily saytının məsul şəxslərindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Ötən ilin iyununda Azərbaycanda Rusiyanın “RİA Novosti” xəbər agentliyinin internet saytı bloklanıb. Saytda Azərbaycanın Qarabağ ərazisindəki qondarma qurumun naziri Artak Beqlaryanın müsahibəsi dərc edilmişdi.

Eurasia Daily informasiya agentliyi 2015-ci ildə yaradılıb. Onun yaradılmasının məqsədi kimi Avrasiya qitəsində gedən siyasi və sosial-iqtisadi proseslərin obyektiv işıqlandırılması göstərilib. Agentliyin müxbirləri Avrasiya İqtisadi Şurasına daxil ölkələrdə (Rusiya, Qazaxıstan, Ermənistan, Belarus), Gürcüstanda, qondarma Abxaziya, Cənubi Osetiya və Dnestryanı "respublikalarında" fəaliyyət göstərir.

XS
SM
MD
LG