Trump hələlik razıdır
Bu gün Nyu Yorkda Manhettendə xanımı Melania ilə səs verməyə gələn Donald Trumpdan soruşulub ki, seçkilərin əvvəli haqda nə deyə bilər? Narahatlığı varmı? Trump cavab verib ki, “Hər şey çox yaxşıdır”
Bu gün səhər Fox TV-yə telefon müsahibəsində də Trump demişdi ki, seçki kampaniyası çox maraqlı idi, “Amerika xalqı isə inanılmazdır.”
Yarıçılpaq qızlar Trampa etiraz elədilər
İki qadın, ABŞ prezidentliyinə namizəd Donald Trampın səs verəcəyi Nyu-Yorkdakı Manhetten seçki məntəqəsində yarıçılpaq etiraz aksiyası keçiriblər.
“New York Post”un məlumatına görə, polis və təhlükəsizlik xidmətinin əməkdaşları qızları məntəqədən çıxarıblar.
Donald Tramp həmin vaxt məntəqədə olmayıb.
Qızların həbs olunub-olunmaması hələ ki, bəlli deyil.
Noyabrın 8-də ABŞ-da prezident seçkisi keçirilir.
Prezidentlik uğrunda respublikaçı Donald Trapla demokrat Hillari Klinton mübarizə aparır.
ATƏT də ABŞ seçkilərini izləyir
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ABŞ-da prezident seçkilərini izləmək üçün 400-dən artıq qısa və uzunmüddətli müşahidəçi göndərib.
Niyə demokratlar “ulaq”, respublikaçılarsa “fil”i simvol seçib?
Demokratlarin simvolu olan “uzunqulağ”ın az qala 200 yaşı var.
Bu rəmz 1828-ci ilin prezident seçkilərindən qalmadır.
Demokratların namizədi Andrew Jackson müharibə qəhrəmanıydı (Britaniya ordusu ilə 1812-ci il savaşından və aborigen əhali ilə 1-ci Seminole döyüşlərdən sonra). Onun kampaniyasının devizi “Xalqa idarə etmək imkanı verin!” idi. ƏTRAFLI