Kaliforniyada Trampa etiraz aksiyası
Kaliforniya ştatının Okland şəhərində prezident seçildikdən sonra Donald Trampa qarşı etiraz aksiyası keçirilir.
ABC kanalının məlumatına görə, şəhərin küçələrinə çıxan insanlar “Trump bizim prezidentimiz deyil” kimi şüarlar səsləndirirlər.
Kanalın tvitter səhifəsində yerləşdirilən videoda zibil yeşiklərinin yandığı, pəncərələrin sındığı gösrsənir.
Kaliforniya ştatında demokratların namizədi Hillari Klinton qalib gəlib.
Amma respublikaçı Donald Trump sonda 280 seçici səsi ilə 45-ci ABŞ prezidenti oldu.
Hillari Klinton rəqibini təbrik etdi
Prezident seçilən Donald Tramp Demokrat Partiyasından rəqibi Hillari Klintonla danışdığını deyib.
“Mən elə indi onunla telefonla danışdım. O bizi qələbə münasibətilə təbrik elədi, Mən də onu çox çətin, kampaniyada mübarizəyə görə təbrik elədim”.
Hillari Klintonun seçki qərıərgahının rəhbəri Con Potesta isə tərəfdarlarına dəstəyə görə təşəkkür bildirib və onları evə dağılışmağa çaşırıb.
O bildirib ki, Hillary Clinton tərəfdarları qarşısında ertəsi gün çıxış edəcək.
Potesta həmçinin Hillari Clintona səs verənlərə təşəkkür bildirib.
Hillari Klinton Donald Trampdan çox səs toplayıb
Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Hillary Clinton noyabrın 8-də keçirilən prezident seçkisində ümumilikdə respublikaçı rəqibi Donald Trum-dan çox səs toplayıb.
KİV-lərin məlumatına görə, Hillary Clinton 99,2 faizdən çox,Trump isə 59,1 faizdən az səs toplayıb. Bu 130 mindən çox səs deməkdir.
Amma əsas iri ştatlarda qalib gələn Donald Trup 289 seçici səsi ilə prezident seçilib.
Hillari Clinton isə 218 seçici səsi toplaya bilib.
Qələbəni təmin eləmək üçün qalibə 270 seçici səsi lazım idi.
Beləliklə Donald Trum ABŞ-ın 45-ci prezidenti seçilib.
Eyni hal 2000-ci ildə təxminən bərabər səs toplayan respublikaçı Corc Buşla demokrat Əl Qor arasında da olub.
Həmin vaxt daha çox seçici səsi toplayan Corc Buş prezident seçilib.
İran deyir ki, Trump Tehranla nüvə sazişinə əməl etməlidir
İranın xarici işlər naziri Javad Zarif deyib ki, yeni ABŞ prezidenti seçilmiş Donald Trump İranla aparıcı dünya ölkələri arasında imzalanmış nüvə sazişinə sadiq olmalıdır.
Trump seçkiqabağı kampaniyalar zamanı İranla nüvə sazişini pisləmiş və bu razılaşmadan çıxacağını vəd eləmişdi.
Javad Zərif deyib ki, hər bir ABŞ prezidenti dünyanın bugünkü reallığını başa düşməlidir.
İranla nüvə sazişindən sonra Tehran nüvə proqramını dayandırıb və əvəzində ona qarşı bir sıra beynəlxalq sanksiyalar aradan qaldırılıb.
İlham Əliyev Donald Trampı təbrik edib
“Seçkilərdə qazandığınız qələbə dost Amerika xalqının Sizə olan etimadının və dəstəyinin göstəricisidir. Ümid edirəm ki, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcək. Ölkələrimiz arasında əlaqələrin 25 illik tarixi var. Bu müddət ərzində dostluq və əməkdaşlıq münasibətlərimiz yüksək səviyyəyə qalxıb”.
Prezident İlham Əliyevin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp-a önvanladığı təbrik məktubunda belə deyilir.
Respublikaçılar Konqresdə də əksəriyyəti qazandı
Noyabrın 8-də ABŞ-da prezident seçkisi ilə yanaşı Konqresə seçkilər də keçirilirdi. Konqresin hər iki palatasına – Senata və Nümayəndələr palatasına seçkilərdə Respublikaçılar partiyası əksəriyyəti qazanıb. Onlar senatda hələlik 100 yerdən 51-ni, Nümayəndələr palatsında 435 yerdən ən azı 237-ni qazanıblar.
Respublikaçı prezident Trumpa öz planlarını həyata keçirmək üçün Senatın Respublikaçılarda olması çox vacibdir. Senatda əksəriyyətə malik olan partiya prezidentin bütün təyinatlarını nəzarətdə saxlaya bilir.
İndiki prezident Barack Obamanın hökumətdə, komissiyalarda və bir çox digər vacib yerlərdə yeni vəzifələrə təyinatları məhz Senatda ya təsdiq olunmayıb, ya da qeyri-müəyyən müddətə saxlanıb-qalıb.
Obama Trumpın birləşdirici fikirlərini bəyənir
ABŞ prezidenti Barack Obama deyib ki, yeni seçilmiş prezident Donald Trumpın amerikalıları birləşdirmək fikri onu həvəsləndirir.
Obama deyib: “biz əvvəlcə amerikalıyıq. Biz əvvəlcə vətənpərvərik. Biz hamımız vətənimiz üçün ən yaxşı olanı istəyirik”
Obama deyib ki, o, Trumpın ötən gecə seçki nəticələri bilinəndə etdiyi çıxışda bunları eşidib. O bildirib ki, Trumpla birbaşa danışanda da bunları duyub.
Obamanın sözlərinə görə, duyduğu onun ürəyincə olub. Obama öz komandasına göstəriş verib ki, hakimiyyıtin növbəti prezidentə rəvan ötürülməsinin uğurunu təmin etsinlər.