Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:49

"Milyardlarla dollar sərmayənin heç bir kommersiya əhəmiyyəti yoxdu"


Bakıda körpü tikintisi, 2006
Bakıda körpü tikintisi, 2006

►Üzqızardan bir ilk: Xarici ticarətdə mənfi saldo

Sual doğur: Neft gəlirlərinin azaldığı bir dövrdə bunun hansı nəticələri ola bilər?

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycanın xarici ticarət dövriyyəsi barədə rüblük hesabatını açqılayıb. Neft pullarının axışdığı 2000-ci illərdən bəri ilk dəfə mal satışından ölkəyə gələn pullar aylıq aralıqda deyil, tam bir dövr üçün idxala çəkilən xərclərdən az olub.

Gətirilən göndəriləni üstələyir?

DGK-nın məlumatına görə, ixracatdan 1 milyard 780,6 milyon ABŞ dolları məbləğində pul gəldiyi halda, malların idxalına bundan 45,3 milyon dollar çox vəsait xərclənib. Təkcə mart ayında idxal ixracı 291,5 milyon dollar üstələyib.

Bu, neftin ucuzlaşmağa başladığı 2014-cü ildən bəri ən yüksək göstəricidir. 2015-ci ilin dekabrında idxalçılar ixracın qazandırdığı vəsaitdən 206,7 milyon dollar çox xərcləmişdilər.

Bəs xarici ticarətdə formalaşan bu yeni meyl iqtisadiyyata hansı perspektivlər vəd edir? Yaxın dövrdə hökumət hansı addımları atmalıdır?

___________________________________________________________

Bunlara da bax:
Erməni general istefa verir: "Adımın Əliyevlə eyni siyahıda..."
“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı

___________________________________________________________

İqtisadçı Qubad İbadoğlu AzadlıqRadiosuna deyib ki, xarici ticarətdə mənfi göstərici ölkəyə yaxşı heç nə vəd etmir. Birincisi, tədiyyə balansının kəsiri daha da artacaq, Ümumi Daxili Məhsul daha sürətlə azalacaq.

“İstehlak bazarında qıtlıq yarana bilər»?

İkincisi, xarici ticarətin göstəricilərində müşahidə olunan hallar (ixracatdan daxilolmaların azalması, malların alınmasına çəkilən xərclərinsə artması) valyuta bazarına da təsirsiz ötüşməyəcək:

«Fikrimcə, 1-ci rübdə qeydə alınan vəziyyət davamlı xarakter alarsa, bəzi idxal malları da azaldığından, istehlak bazarında qıtlıq yarana bilər».

Q. İbadoğlu xarici ticarət axınları ilə ölkəyə daxil olan valyutanın azalmasının manatın məzənnəsinə təsirinə də toxunub:

«Bunun ikili təsiri ola bilər. Bir tərəfdən idxalın artması hesabına məzənnə zəifləyər (idxal artdığı halda daha çox valyuta tələb olunur). Digər tərəfdən, ixracatın azalması məzənnənin zəifləməsinə əlavə təzyiqlər yaradar».

Son 15 ilin ən aşağı göstəricisi?

Ekspertin qənaətincə, ixracatın azalması və idxalın daha yüksək həcmi iqtisadiyyatda şaxələndirmənin zəifliyindən irəli gəlir:

«Neft gəlirləri daxil olduqca hökumətin ilk qayğılarından biri qeyri-neft istehsalının və ixracatının dəstəklənməsi olmalıydı. Ancaq bu şans zamanında dəyərləndirilmədi. Hökumətin yatırdığı çoxmilyardlı sərmayələr heç bir kommersiya əhəmiyyəti daşımır. Başqa bir tərəfdən, dəyər yarada biləcək sahələrə investisiya cəlbi problemlə üzləşib və onun həlli də çox gecikir».

Bu ilin martında ixracatdan daxil olan vəsaitin ümumi həcmi (557,6 milyon dollar) son 15 ilin ən aşağı göstəricilərindəndir.

Buna da bax: Bu kəndin bircə sakini var...

XS
SM
MD
LG