Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:00

Şenderoviç Rusiyadan gedir


Viktor Şenderoviç
Viktor Şenderoviç

Prezident Vladimir Putinə yaxın biznesmen Yevgeni Priqojinin iddiası üzrə ona qarşı böhtan maddəsi üzrə istintaq başladılıb

63 yaşlı Şenderoviç hansı ölkəyə getdiyini açıqlamayıb.

“Kreml son 20 ildə mənə qarşı bitməyən və demonstrativ cinayət işləri ilə bunu etməyimə eyham vururdu, mənim gedişim də məhz elə budur. Söhbət həbs olunmaq perspektivindən gedir”, – Şenderoviç Facebook-da yazıb.

Vagner Group-u idarə etdiyi bildirilən Priqojinə qarşı ABŞ, Britaniya və Avropa İttifaqı sanksiyalar açıqlayıb. Sanksiyalar onun “Rusiya Müdafiə Nazirliyi ilə əlaqələri, ABŞ-da demokratik proseslərə zərbə vurmaq cəhdləri” ilə izah olunub. Priqojin isə özünə qarşı beynəlxalq iddiaları rədd edib.

Ötən il o, Şenderoviçi “Exo Moskvı” radiosuna müsahibəsində dediklərinə görə məhkəməyə verib. Dekabrda məhkəmə onu Priqojinə “cinayətkar”, “qatil” deməklə ona böhtan atmaqda təqsirli bilib, 100 min rubl ($1,330) dollar cərimə ödəməsi barədə qərar çıxarıb.

Dekabrın sonunda isə Priqojinin “Konkord” şirkəti Şenderoviçə böhtan ittihamları ilə iddia qaldırmaq istədiyini açıqlayıb. Rusiya qanunvericiliyi buna görə beş ilədək həbs cəzası nəzərdə tutur.

***

Tanınmış yazıçı, Kremlin açıq tənqidçisi Viktor Şenderoviç məmurların təzyiqindən dolayı Rusiyadan getdiyini açıqlayıb.

Xarici agent siyahısına salınıb

“The New Times” qəzetinin köşə yazarı Şenderoviç yanvarın 10-da yazıb ki, “Rusiyada daha yaxşı dövr gələnəcən” ölkəni tərk etmək qərarına gəlib. Bundan öncə Prezident Vladimir Putinə yaxın biznesmen Yevgeni Priqojinin iddiası üzrə ona qarşı böhtan maddəsi üzrə istintaq başladılıb.

Şenderoviç Priqojini Rusiyanın “Vagner Group” özəl hərbi şirkətinə rəhbərliyinə görə tənqid edib. Qərb ölkələri Kremlin bu qüvvələrdən Ukrayna, Liviya, Suriya, Sudan, Mozambik və Mərkəzi Afrika Respublikasındakı münaqişələrdə istifadə etdiyini deyirlər.

Ötən ay Şenderoviç Ədliyyə Nazirliyinin xarici agent siyahısına salınıb. Bu siyahıya düşənlərdən hakimiyyətin qeydiyyatından keçmək, hazırladıqları kontentə xüsusi qeyd əlavə etmək tələb olunur, etməyənlər cərimələnir.

Rusiyadan gedənlər

Son aylar bir çox fəallar, jurnalistlər, həbsdə olan müxalifətçi Aleksey Navalnının həmkarları Rusiyadan çıxıb. Ölkədə müstəqil mediaya, narazılıq bildirənlərə təzyiq artır. Elə ölkədən çıxanların bəziləri artıq xarici agent siyahısına salınmışdılar.

Rusiya hökumətlə hərbi muzdlular arasında əlaqəni inkar edir, yarımhərbi qüvvələri təlimçilər, müşavirlər kimi təqdim edir. Amma onların döyüş əməliyyatlarında iştirak etməsinə dəlil var.

Prezident Vladimir Putin “Vagner Group”un dövləti təmsil etmədiyini, buna görə ona pul verilmədiyini deyir. Onun sözlərinə görə, özəl hərbi şirkətlərin Rusiya qanunlarını pozmayaraq dünyanın istənilən yerində işləmək və öz maraqlarını güdmək hüququ var.

XS
SM
MD
LG