Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:41

Dünyada hərbi xərclər 2.24 trilyon dollara çatıb


Silah-sursat alınmasında korrupsiya? Ordu rəhbərliyi ittihamlara susur
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Silah-sursat alınmasında korrupsiya? Ordu rəhbərliyi ittihamlara susur

2022-ci ildə dünyada hərbi xərclər rekord 2.24 trilyon dollara çatıb. Soyuq müharibə dövründən bəri Mərkəzi və Qərbi Avropada ən böyük illik sıçrayış qeydə alınıb. Ötən ilin fevralından Rusiyanın işğalına məruz qalan Ukraynanın hərbi xərcləri isə görünməmiş səviyyəyə qalxıb.

Birləşmiş Ştatlar, Rusiya və Çin dünyada hərbiyə ən çox vəsait xərcləyən ölkələrdir, qlobal hərbi xərclərin 56 faizi onların payına düşür. Aprelin 24-də Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yaydığı hesabatda belə deyilir.

Təhlükəli dünya

SIPRI bildirir ki, Ukraynaya hərbi yardım və Rusiyadan təhdidin artması bir çox başqa ölkələrin xərclərinə təsirini göstərib. Şərqi Asiyada gərginlik də sözünü deyib.

“Son illər qlobal hərbi xərclərdə davamlı artım dünyamızın getdikcə daha təhlükəli hal almasının əlamətidir”, – SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının aparıcı tədqiqatçısı Nan Tian deyib.

“Ölkələr pisləşən təhlükəsizlik mühitinə cavab olaraq hərbi güclərini artırırlar, yaxın gələcəkdə yaxşılaşma gözləmirlər”, – o bildirib.

Moskva 2022-ci il fevralın 24-də Ukraynaya səbəbsiz işğala başlayıb və bunu “xüsusi hərbi əməliyyat” adlandırır. İşğal nəticəsində hər iki tərəfdən onminlərlə insan həlak olub. Avropadan, Şimali Amerikadan və dünyanın digər yerlərindən həm maliyyə, həm də həm də hərbi dəstək alan Kiyev Moskvaya gözlədiyindən daha sərt müqavimət göstərib.

Rusiya, Ukrayna

SIPRI-nın hesablamasına görə, ötən il Rusiyanın hərbi xərcləri 9.2 faiz artaraq 86.4 milyard dollara çatıb. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 4.1 faizi deməkdir. 2021-ci ildə isə bu göstərici ÜDM-nin 3.7 faizi qədər idi.

“Rusiyanın 2022-ci ildəki büdcə planları və faktiki hərbi xərcləri arasındakı fərq onu göstərir ki, Ukraynanın işğalı Rusiyaya proqnozlaşdırıldığından daha baha başa gəlib”, – SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının direktoru Lüsi Bero-Sudro (Lucie Beraud-Sudreau) bildirib.

Ukraynanın ötənilki hərbi xərcləri isə 44 milyard dollara çatıb k, bu da 640 faizlik artım deməkdir. Hesabata görə, bu, “SIPRI-nın datasına düşən, bir ölkənin hərbi xərclərində ən yüksək illik artımdır”.

2021-ci ildə Ukraynanın hərbi xərcləri ÜDM-nin 3.2 faizini təşkil edirsə, ötən il bu 34 faizə yüksəlib.

Dünyada birinci yerdə olan ABŞ-ın hərbi xərcləri isə 2022-ci ildə 877 milyard dollar, qlobal hərbi xərclərin 39 faizi qədər olub. Bu, ikinci yerdə olan Çinin xərclədiyindən üç dəfə çoxdur.

Avropa, Azərbaycan

Mərkəzi və Qərbi Avropa ölkələrinin hərbi xərcləri 345 milyard dollara çataraq Soyuq Müharibənin bitdiyi 1989-cu ilin səviyyəsini keçib.

“Ukraynanın işğalı Mərkəzi və Qərbi Avropanın hərbi xərclərlə bağlı qərarlarına dərhal təsir göstərib. Buraya bir sıra hökumətlərin xərclərini artırmasıyla bağlı çoxillik planlar daxildir”, – SIPRI-nin aparıcı tədqiqatçısı Dieqo Lopez da Silva (Diego Lopes da Silva) deyib.

O, regionda hərbi xərclərin növbəti illərdə də artacağının “məntiqi olaraq gözlədiklərini” söyləyib.

Bu yaxınlarda NATO-nun 31-ci üzvünə çevrilmiş Finlandiya hərbi xərclərini 36 faiz, Litva 27 faiz, NATO-ya üzv olmağa çalışan İsveç 12 faiz, Polşa 11 faiz artırıb.

Hesabata görə, Azərbaycanın hərbi xərcləri ötən il ÜDM-nin 4.5 faizini təşkil edib. 2021-ci ildə bu göstərici 5.3 faiz olmuşdu.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadığı ərazilərə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG