Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:23

Siyasi mühacirlərin Azərbaycandakı qohumlarını incidirlər?


Siyasi fəal və mühacir Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı bir ay öncə Azərbaycanda saxlanmışdı
Siyasi fəal və mühacir Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı bir ay öncə Azərbaycanda saxlanmışdı

Son 5 ayda xaricdə yaşayan 28 nəfərin ailə üzvlərinə qarşı müxtəlif təzyiq və təqiblər olub. Azərbaycanda "Siyasi Məhbusları Müdafiə Mərkəzi"nin 30 oktyabr - 1 mart tarixlərini əhatə edən hesabatında belə deyilir. Bu sənədə görə siyasi mühacirlərin yaxınları ya həbs edilib, ya da polisə aparılaraq hədələnib. Elə bu mərkəzin üzvü Oqtay Gülalıyev bu günlərdə - martın 28-də Almaniyada yaşayan siyasi mühacir Nadir Məmmədovun 60 yaşlı qaynanasının polisə aparılması barədə məlumat yayıb. Hüquq mühafizə orqanları bu xəbəri nə təkzib, nə də təsdiq edir.

"MƏNƏ DEDİLƏR Kİ, QARDAŞIN SİYASƏTDƏN UZAQ DURSUN"

Başqa bir siyasi mühacir Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı bir ay öncə saxlanmışdı. O bir aylıq cəzazını çəkdikdən sonra martın 25-də azadlığa çıxıb. Məhkəmə qərarı ilə o polisə müqavimətdə ittiham edilirdi.

Elgiz Sadıqlı deyir ki, saxlandığı ilk 5 gündə fiziki və mənəvi işgəncələrlə üzləşib. Nəinki ictimaiyyətdən, hətta ailə üzvlərindən də onun həbs olunması ilk günlər gizlədilib.

Onun işgəncələrlə bağlı dediklərinə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlar münasibət bildirməyib. Elgiz Sadıqlı iddia edir ki, ondan qardaşının Azərbaycan əleyhinə çıxışlarına son qoymağı istənilib:

"Mən heç bir siyasi fəaliyyətlə məşğul deyiləm. Amma qardaşım orda məşğul olursa bu onun öz işidir. Belə də ki, siyasi fəaliyyətlə məşğul olmaq cinayət deyil. Demokratik ölkəyik hər kəsin azad sözünü demək haqqı var. Amma mən qorxu içində yaşayıram. Hər an tutulmaq təhlükəsi hiss edirəm. Həbs də edə bilərlər, döyə də bilərlər".

Elgiz Sadıqlı bildirir ki, qardaşına görə 2015-ci ildə də saxlanıb. O vaxt narkotik ittihamı iki il şərti azadlıqdan məhrum edilib.

AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ QARŞI KAMPANİYA?

Siyasi hakimiyyəti dəstəkləyən çıxışları ilə tanınan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli hesab edir ki, siyasi mühacirlərin yaxınlarının Azərbaycanda təzyiqə məruz qalmaları barədə xəbərlər həqiqətə uyğun deyil, bunlar sadəcə olaraq məkrli dairələrin Azərbaycana qarşı apardıqları kampaniyanın tərkib hissəsidir:

"Yəni, mühacirətdə olan şəxs ordan başqa söz deyir. Onun burada olan yaxını tamam başqa söz. Təzyiqlə üzləşdikləri deyilən qohumlar burada tamam başqa çıxışlar edirlər. Bildirirlər ki, deyilənlərin onlara hər hansı adiyyatı yoxdur. Hətta bəziləri mühacirlərlə qohumluq əlaqələrindən imtina etmək səviyyəsinə çatırlar".

Ailəsindən imtina edənlər, həbs olunanlar haqda Siyasi Məhbusları Müdafiə Mərkəzinin hazırladığı hesabatda Tural Sadıqlı, Orduxan Teymurxan, Məhəmməd Mirzəli və xaricdə yaşayan digərlərinin ailə üzvlərinə qarşı təzyiqlərdən, onların qohumluq əlaqələrindən imtinaya məcbur edilməsindən bəhs edilir.

"BU RADİKALLAŞMA İLƏ NƏTİCƏLƏNƏ BİLƏR..."

Mərkəzin üzvlərindən Mehman Əliyev bildirir ki, Azərbaycanda siyasi fəaliyyətinə görə ailə üzvlərinə təzyiqlər hər zaman olub. Lakin son aylar bu sanki daha da qızışıb. Onun fikrincə, hakimiyyət bu yolla Avropada yaşayanları siyasi proseslərdən çəkindirməyə çalışır:

"Azərbaycan hakimiyyəti Azərbaycan vətəndaş cəmiyyətinə təzyiq edərək, onu radikal cavab vermək müstəvisinə gətirib çıxarıb. Çünki əslində Azərbaycan hakimiyyəti uzun illərdir fəalları təhqir etmək, onlara böhtan atmaq, fiziki və mənəvi təzyiqlər göstərmək siyasəti yürüdür".

Mehman Əliyevin fikrincə, elə bu təzyiq və təqiblərə görə bəzi fəallar ölkəni tərk edib, xaricdə sığınacaq alıb. Amma onların arasında siyasi fəaliyyətini davam edənlərin bu dəfə yaxınları, qohumları təzyiqlə üz-üzə qalıb.

XS
SM
MD
LG