Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:24

Moskva meri də müharibə üçün qoşun yığır?


Moskva meri Sergey Sobyanin
Moskva meri Sergey Sobyanin

Həm səfərbərçilər, həm də muzdluların özləri bu birləşməni Moskva meri Sergey Sobyaninin adı ilə “Sobyanin alayı” adlandırırlar

Moskvada təşkil olunmuş hərbi birləşməyə Ukraynada döyüşmək üçün muzdlular toplanır.

Müstəqil Meduza qəzetinin aparadığı təhqiqata görə həm səfərbərçilər, həm də muzdluların özləri bu birləşməni Moskva meri Sergey Sobyaninin adı ilə “Sobyanin alayı” adlandırırlar.

Bu da qeyd olunur ki, hərbi birləşmə ən azı qismən Moskva meriyası tərəfindən maliyyələşdirilir.

Amma Sergey Sobyanin özü müharibə ilə hər hansı əlaqəsini qəti şəkildə təkzib edir.

Meduza yazır ki, “Sobyanin alayına” döyüşçü qəbulu iyulun 1-dən başlanıb.

Amma maraqlıdır ki, alaya moskvalılar yox, başqa regionlardan olan yaşı 60-dək kişilər yazılır.

Məlumata görə muzdlular əvvəlcə bir ay müddətində Nijeqorod vilayətindəki Mulino poliqonunda təlim keçəcək və sonra Ukraynaya göndəriləcəklər.

200 min rubl da meriyadan

Muzdlulara ayda 200 min rubl (3420 dollar) maaş vəd olunub. Bu məbləğdən əlavə olaraq Moskva meri Sobyanindən veriləcək 200 min rubl da var. Bu pul hər dəfə 50 min rubl olmaqla 4 dəfəyə ödənəcək.

Mövcud qaydaya görə Moskvadan verilən maaş VTB bankın kartlarına ödənməlidir.

Bunu Meduza jurnalistlərinə muzdluyığnlardan biri deyib.

Qəzet yazır ki, “Sobyanin alayı”nın səfərbərçilərdən biri də Roman Vladimiroviç Vısotskidir (ləqəbi “Bolqarin”). O özünü “Sobyanin alayı”nda “batalyon komadndiri” kimi təqdim edir.

Moskva meriyası mətbuat xidmətinin rəhbəri Qulnara Penkova Meduza jurnalistlərinin telefon zənglərinə və sosial şəbəkələrdə yaydıqlıarı sorğulara cavab verməyib.

Mətbuat xidmətinin nümayəndəsi Aleksandr Gerasimov isə deyib ki, belə suallara cavab vermək “səlahiyyəti” yoxdur.

Əsgərlə muzdlu arasında fərq qalmayıb

“Könüllü batalyonlar” adlandırılan, əslində isə müqaviləli muzdlulardan ibarət olan dəstələr hələ 2022-ci ilin yazlından Çeçenistanda, Tatarıstanda, Başqırdıstanda, Perm, Kirov və Nijeqorod vilayətlərində toplanır.

Rusiya Ukraynaya əsassız və səbəbsiz müdaxilə edəndən bəri hərbi ekspertlər bildirirlər ki, əlavə səfərbərlik keçirilmədən Vladimir Putinin ordu qarşısında qoyduğu vəzifəni yerinə yetirmək mümkün olmayacaq.

Lakin Putin ümumi səfərbərlik elan etməkdən çəkinir. O buna ictimai münasibətin mənfi olacağından və hərbi xidmətdən yayınmanın kütləvi hal ala biləcəyindən narahatdır.

Buna görə də muzdlu batalyonların təşkili bir növ “məxfi səfərbərliyə” çevrilib.

Ekspertlər bildirirlər ki, hazırda Ukrayna müharibəsində Rusiyanın nizami ordusu ilə, müxtəlif dəstələr arasında sərhəd silinib gedib.

Meduza bildirir ki, muzdlu batalyonların toplanmasına birbaşa Müdafiə Nazirliyi rəhbərlik edir.

XS
SM
MD
LG