Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:59

Sorğu: Navalnıya inanırlar, amma dəyişiklik istəmirlər


Rusiyada Levada mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə “Putin üçün saray” filminə ölkə əhalisinin 26 faizi baxıb.

Beləliklə Aleksey Navalnının Antikorrupsiya Fondunun (AKF) çəkdiyi bu ifşa filmini hər 4 rusiyalıdan biri görüb.

Film YouTube kanalına Navalnı həbs ediləndən dərhal sonra buraxılmışdı.

Rəyi soruşulanların daha 10 faizi bildirib ki, filmi görməsələr də, məzmunundan xəbərdardırlar.

Respondentlərin 32 faizi film barəsində nəsə eşitdiyini deyib.

31 faiz fuilm haqqında heç nə bilmədiyini deyib.

Rəyi soruşulanların beşdə biri və ya 17 faizi filmdə bəhs olunanların həqiqət olduğuna əmindir.

Putinə ən çox inanan yaşlılardır

Respondentlərin 38 faizi düşünür ki, filmdə göstərilən faktlar həqiqətə bənzəyir, amma onun həqiqiliyini yoxlamaq çətindir.

33 faiz filmdəki faktların doğru olmadığını bildirib. Filmdəki faktların doğru olmadığını düşünənlərin faizi yaş artımı ilə paralel artır. Məsələn filmə inanmayanların yalnız 11 faizi 18-24 yaş arasındadır, 49 faizi isə yaşı 55-dən çox olanlardır.

Rəyi soruşulanların üçdə biri bu qənaətdədir ki, Vladimir Putin heç vaxt hakimiyyətindən sui-istifadə etməyib.

Lakin rəyi soruşulanların 24 faizi bildirib ki, hətta filmdəki ittihamlar doğru olsa da, Putinin dövründə ölkə daha yaxşı yaşayır.

Yüksək vəzifəli dövlət məmurunun hansı səhvini bağışlayardınız?
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Putinə münasibət dəyişməyib

Respondentlərin 17 faizi düşünür ki, Vladimir Putin sui-istifadədə təqsirlidir. Daha 25 faiz hesab edir ki, Putin də sui-istifadəyə digər məmurlar qədər yol verib.

Rəy sorğusu göstərir ki, filmə baxanların 77 faizində Putinə olan münasibət dəyişməyib. Yalnız 17 faiz indi prezident haqqında daha pis fikirdədir.

Levada mərkəzinin direktoru Lev Qudkov bildirir ki, filmə baxanların əksəriyyəti üçün Rusiya hakimiyyətinin zirvəsindəki korrupsiya yenilik olmayıb.

Onlar bu barədə yalnız bəzi yeni detallardan xəbər tutublar. Məhz buna görə də prezidentə münasibət adamların çox az bir hissəsində pisləşib.

Rəy sorğusu yanvarın 29-dan fevralın 2-dək aparılıb. Sorğuda yaşı 18-dən çox olan 1616 nəfər iştirak edib. Onlar Rusiyanın 137 yaşayış məntəqəsini təmsil edirlər.

Sorğu evlərdə adamlarla birbaşa müsahibə yolu ilə keçirilib.

Zirzəmidəki “buz sarayı”

AKF iddia edir ki, Rusiya prezidentinin İdokopas burnunun 68 hektar ərazisində yerləşən iqamətgahı 2010-cu ildə tikilib və onun tikintisi 100 milyard rubla (13.5 milyon dollar) başa gəlib.

İqamətgahın zirzəmisində buz sarayı, “çay evinə” daxil olmaq üçün 80 metrlik körpü, saraydan dənizə aparan tunel var.

Bu da iddia olunur ki, saray hazırda təmirdədir, beləki, onun divarlarını kif basmışdı.

Bildirilir ki, ərazidə yeni binalar da tikilir.

Rusiya hakimiyyəti Navalnının filminə bir həftədən çox müddətdə heç bir reaksiya verməyib.

Həmin vaxt bu filmə YouTube kanalında 100 milyondan çox baxış olmuşdu.

Bundan sonra Putinin köhnə dostu, biznesmen Arkadi Rotenberq obyektin ona məxsusluğunu bildirib. O deyib ki, burda apart-otel tikir.

Putinin özü isə iddia edir ki, bu sarayla heç bir bağlılığı yoxdur.

XS
SM
MD
LG