Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 18:25

2020-ci ilin 5 sosial media trendi


Facebook
Facebook

Mütəxəssislər 2019-cu ili sosial media marketinqi üçün çox maraqlı il sayırlar. Ötən il həm artmaqda olan trendlər, həm də yeni texnologiyalar baxımından əlamətdar olub.

Bəs görəsən, sosial media marketinqi sahəsində çalışanlar 2020-ci ildə öz strategiyalarında nəyi dəyişməli olacaqlar?

Clickz.com saytı onların diqqətini yeni başlayan 2020-ci ilin əsas trendlərinə yönəltməyə çalışıb.

Təkcə layk-lara fokuslanmamaq

Instagram dünyada müəyyən sayda istifadəçi üçün layk-ların (bəyənmə) sayını gizli saxlama ideyasını sınaqdan keçirməyə başlayıb.

Layk saylarının gizli saxlanması Instagram-dan həm şəxsi, həm də iş məqsədilə istifadə baxımından maraqlı eksperiment hesab edilir. İlkin təcrübələrin müsbət nəticə verdiyi bildirilir.

Bu isə o deməkdir ki, 2020-ci ildə layk saylarına kontentin uğur göstəricisi kimi baxılması çox da aktual olmayacaq. Bu səbəbdən effektiv kontent anlayışına yenidən və daha dərindən baxmaq tövsiyə olunur.

Bu yeniliklər, eyni zamanda, inflüenser marketinqi və markaların inflüenserlərlə əməkdaşlıq tərzini də dəyişdirə bilər.

Yazıda qeyd edilir ki, postlara həddindən artıq tənqidi yanaşmamaq da olar. Sadəcə, düşüncə tərzi elə dəyişilməlidir ki, sosial media daha maraqlı olsun və layk saylarına fokuslanmasın.

Brendinizin sosial mediadakı imici

Məlum olduğu kimi, sosial media marketinqində ən böyük sınaqlardan biri rəqiblərdən seçilməkdir. Uğurlu sosial media strategiyasında auditoriyanın diqqətini ilk saniyədən özünə cəlb etmək son dərəcə vacibdir.

Sosial media feed-lərinin bu qədər məşğul olduğu vaxtda brendlərin istər kreativlik, istərsə də strateji yanaşma baxımından digərlərindən fərqlənməsi əhəmiyyətlidir.

Məqalədə qeyd edilir ki, 2020-ci ildə daha çox brend rəqiblərindən seçilmək üçün öz səs tonunu təkmilləşdirməyə çalışacaq.

Sosial medianın həyatımızın böyük bir hissəsinə çevrildiyi dövrdə artıq, sadəcə, sosial mediada olmaq kifayət deyil. Buna görə də sosial media marketinqini mənimsəyən brendlər yeni innovativ və gözəgəlimli yolları sınaqdan keçirirlər. Məsələn, brendin ağıllı və səmimi «səs tonu» müştərilərin ona marağını artıra bilər.

Marketinqə insani yanaşma brendinizi müştərilərə yaxınlaşdıra bilər. Bu yanaşma insanlarda etibar yaratmağa və brendin insan simasını göstərməyə yönəlib.

Ən vacib məqamlardan biri də brendinizin sosial media strategiyasını gələcək qərarlarınızla əlaqələndirməkdir. Əlbəttə, ağıllı bir postunuz populyarlaşıb birdəfəlik, qısamüddətli uğur gətirə bilər. Ancaq brendinizin necə səslənməsi ilə bağlı daha yaxşı düşünülmüş strategiya uzunmüddətli nəticələr verə və gəlirlərinizə təsir göstərə bilər.

Kreativ istiqamətinizi yoxlamaq üçün yeni kanallar kəşf etmək

Sosial media böyük sürətlə dəyişir. Son trendlərlə ayaqlaşmaq hər zaman faydalıdır. Məsələn, 2019-cu ilin ən böyük trendlərindən biri TikTok-un populyarlığı və hətta onun ən çox yüklənən sosial media əlavəsi olması ilə bağlı idi.

TikTok 12 ay ərzində çox böyük sürətlə böyüyüb. 2020-ci il ərzində daha çox brendin ona müraciət edəcəyi gözlənilir.

Sosial media ticarəti və məhsulun tanıdılması

Sosial media strategiyanızda hər bir sosial media kanalının fərqli yeri var. Ancaq sosial media sahəsində baş verənlərdən xəbərdar olmaq çox vacibdir.

Facebook, Instagram, Pinterest və bir çox digər kanallar məhsulların bilavasitə sosial mediadan alınmasını daha da asanlaşdırmaqdadır. Facebook dükanı açmaq, pinlərdən istifadə etmək sosial media reklamlarına ayırmağa büdcəsi olmayan yeni şirkətlərin köməyinə gələ bilər.

Sayt yazır ki, 2020-ci ildə sosial elektron ticarətin daha çox genişlənəcəyi, fiziki və onlayn alış-veriş arasında yaxşı bir halqaya çevriləcəyi gözlənilir.

XS
SM
MD
LG