Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:46

Suyun yeni qiyməti alkoqollu və sərinləşdirici içkiləri ucuzlaşdırmaldır


Su
Su

-

Mayın 16-dan başlayaraq, Azərbaycanda hamı suya və onun axıdılmasına görə yeni tariflərlə pul ödəyəcək. Amma heç də hamı su üçün əvvəlkindən daha çox xərcə düşməyəcək.

ÜÇ ŞƏHƏR SUDAN ƏVVƏLKI QİYMƏTƏ YARARLANACAQ

Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6 nömrəli qərarına əsasən, Gəncə, Mingəçevir və Şirvan şəhərlərinin əhalisi su təchizatı baxımından ölkənin daha yüksək tariflə ödəmə aparan ərazilər siyahısından çıxarılıb. Bu 3 şəhərin sakinləri su təchizatına əvvəlki tariflə - 1 kubmetrə 30 qəpik ödəyəcəklər.

Artıq açıqlanıb ki, Bakıda və Abşeron yarımadasındakı yaşayış məntəqələrində (o cümlədən Sumqayıt və Xırdalan şəhərlərində) əhaliyə verilən suyun qiyməti 30 qəpikdən 35 qəpiyə, ölkənin digər yaşayış məntəqələrində 25 qəpikdən 30 qəpiyə qaldırılıb.

Çirkab (kanalizasiya) suyunun axıdılmasına görə,bütün su işlədənlərin ödəmə tarifləri bərabərləşdirilib. İndən belə həm əhali, həm də müəssisə və təşkilatlar suyun hər kubmetrinin axıdılmasına 1 manat ödəyəcəklər.

Çirkab suyu axıtmanın bahalaşmasını daha çox qeyri-əhali istehlakçıları hiss edəcəklər. Onlar «Azərsu» ASC-nin bu xidmətinə indikindən 3 dəfədən də az pul (30 qəpik) ödəyirdilər. Əhaliyə tarifsə2.5 dəfə qalxıb.

EKSPERTLƏRİN FİKRİNCƏ...

Ekspertlərin təxminlərinə görə, kommersiya obyektlərində su təchizatının 3 dəfə bahalaşması onların xidmət qiymətinə təsirsiz ötüşməyəcək. Buraya ictimai iaşə, avtomobilyuma, bərbər və digər xidmətlər aid edilir.

Tarif Şurasının qərarından ən çox qazanansa sudan xammal kimi yararlanan müəssisələr – spirtli və sərinləşdirici içki, şirə istehsal edənlər olacaq.

Bu müəssisələr suyun istifadə təyinatından asılı olmayaraq, 1 kubmetr suya cəmi 8 manat ödəyəcəklər. Buraya çirkab sularının axıdılması xidmətləri də daxil edilib. Halbuki bahalanmayadək bu müəssisələr bir kubmetr suya - 12 manat, kanalizasiya xidmətinə - 30 qəpik ödəyirdi.

Məntiqlə alkoqollu və alkoqolsuz içki istehsalçılarına verilən suyun 34 faiz ucuzlaşdırılması onların məhsullarını ucuzlaşdırmalıdır.

«AZƏRSU» CEYRANBATAN SU ANBARINDAN SUYU PULSUZ GÖTÜRƏCƏK

Maraqlıdır ki, suya və kanalizasiya xidmətinə qiymətin artması «Azərsu» ASC-nin gəlirləri yüksəldəcəyindən, bu qurumun Abşeron yarımadası ərazisində suyu istehlakçıya çatdırma xərcləri də azalacaq.

Tarif Şurası «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər min kubmetr suyun topdansatış tarifi barədə» 26 iyun 2007-ci il tarixində verdiyi qərarı ləğv edib. Həmin qərara görə, «Azərsu» bu anbardan götürdüyü suya, Əlavə Dəyər Vergisi nəzərə alınmadan, 20 manat ödəyirdi. İndən belə «Azərsu» Ceyranbatan Su Anbarından suyu pulsuz götürəcək.

XS
SM
MD
LG