Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:38

Sumqayıtlı fəhlə: 'Pullarımızı gözləyirik'


Foto illüstrasiya
Foto illüstrasiya

Günortaya yaxın müəssisənin əməkdaşı Ülfət Həsənqarayev AzadlıqRadiosuna deyib ki, bütün işçilərin maaşları ödənilib. Ancaq o qeyd edib ki, onlara yalnız dekabr ayının maaşları verilib.

+++

Sifarişçisi SOCAR olan Sumqayıtdakı «SOCAR Ammonia and Urea Complex» müəssisəsinin fəhlələri yanvarın 27-də etiraz aksiyası keçiriblər.

Bu barədə AzadlıqRadiosuna müəssisənin əməkdaşı Ülfət Həsənqarayev məlumat verib.

Onun deməsinə görə, etiraza səbəb maaşların yubadılmasıdır. «Maaşları yubadırlar, biz indi dekabr ayının maaşını alacağıq . Bizə pulu «Atilla-Makina» şirkəti ödəyir».

Ü.Həsənqarayev deyir ki, bu, fəhlələrin ilk etirazı deyil. Dekabr ayında da maaşda belə yubanma olub. Ancaq etirazlardan sonra noyabrın maaşlarını ala biliblər. «İndi də bizə dedilər ki, gedirik maaşları gətirməyə».

Ü.Həsənqarayev deyir ki, pulları ana şirkət olan «Samsung» ödəyir: «Onların nümayəndələri bizimlə söhbətdə pulları «Atilla-Makina»ya vaxtında ödədiklərini bildirirlər».

Məsələyə, hələlik, zavod rəhbərliyinin və sözügedən şirkətdən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG