Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 02:46

Rus əsgərin seçimi: ya Suriya, ya da həbsxana


Suriyaya “ezamiyyət”ə getməkdən imtina edən bir neçə rusiyalı hərbçinin taleyi bu günlərdən məlum olacaq.

Suriyaya “ezamiyyət”ə getməkdən imtina edən bir neçə rusiyalı hərbçinin taleyi bu günlərdən məlum olacaq.

Hərbi hissə rəhbərliyi Novorossiyskdən olan bu hərbçiləri əmrə tabe olmamaqda ittiham edərək, Federal Təhlükəsizlik Xidmətinə müraciət edib. İndi hərbçilərə bir neçə maddə, o cümlədən, vətənə xəyanət ittihamı ilə iş kəsilə bilər.

Hadisə haqqında sentyabrın 18-də "Gazeta.ru" yazıb: Novorossiykin “Tonnelnaya” dəmiryol stansiyasında yerləşən rotada 20 hərbçi qulluq edir. Onlar Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edirlər.

“İsti ölkə” haradır?

Hərbçiləri göndərəndə onlara deyiblər ki, hərbi yük daşıyacaqlar, amma ezamiyyət sənədlərində qayıtma tarixi göstərilməyib. Səfərdən əvvəl isə komandir bildirib ki, onları “isti ölkə”yə yollayırlar.

Ezamiyyət sənədlərində qayıtma tarixi göstərilməyib. Səfərdən əvvəl isə komandir bildirib ki, onları “isti ölkə”yə yollayırlar

Üstəlik, hərbçilərin sənədlərini xarici pasport düzəldirmək üçün götürüblər. Daha sonra qərargah rəisi onlara deyib ki, xarici ölkəyə ezamiyyətin detalları sirdir. O həmçinin təsdiqləyib ki, rota Suriyanın Latakiya şəhərinə yollanır.

Məsələdən xəbərdar olan hərbçilər rəsmi şəkildə səfərdən imtina ediblər. Yerli hərbi prokurorluq nəinki onların imtina ərizəsini qəbul etməyib, hətta işə Federal Təhlükəsizlik Şurasını da qatıb.

Vəkil İvan Pavlov deyir ki…

Gazeta.ru yazır ki, hərbçilər Rusiya prezidenti yanında İnsan Haqları Şurasına müraciət ediblər, bu qurum isə sözügedən məsələlərə baxmadığını əsas gətirərək şikayəti Müdafiə Nazirliyinə göndərib.

Vəkil İvan Pavlov deyir ki, ezamiyyətdən imtina hərbçinin haqqıdır
Vəkil İvan Pavlov deyir ki, ezamiyyətdən imtina hərbçinin haqqıdır

Hərbçilərin vəkili İvan Pavlov bildirir ki, hazırda hərbçiləri dindirirlər, onlara hədə-qorxu gəlirlər.

Onun sözlərinə görə, hərbçilər artıq yoldadırlar. Onları daimi dislokasiya yerinə - hərbi hissəyə yola salırlar.

Vəkil hesab edir ki, hara göndərildiyini əvvəldən bilmək, o cümlədən, göndərildiyi məntəqəyə getməkdən imtina etmək müqavilə ilə çalışan hərbçilərin haqqıdır və onların bu hüquqları pozulub.

XS
SM
MD
LG