Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:43

Son 9 ayda daha 119 min tacikistanlı Rusiya vətəndaşı olub


Rusiyada tacik miqrantlar (Arxiv fotosu)
Rusiyada tacik miqrantlar (Arxiv fotosu)

2022-ci ilin 9 ayı ərzində 119 min tacikistanlı Rusiya pasportu alıb.

Bu barədə məlumatı AzadlıqRadiosunun Tacik xidməti Tacikistan Daxili İşlər Nazirliyinin göstəriciləri əsasında verib.

Rusiya pasportu alan tacikistanlıların sayı ildən ilə artır.

2016-cı ildə 23 min, 2017-ci ildə 29 min, 2018-ci ildə 35.7 min, 2019-cu ildə 44.7 min, 2020-ci ildə 63.3 min, 2021-ci ildə isə 103.6 min tacik Rusiya vətəndaşlığı alıb.

2022-ci ilin ilk 9 ayı ərzində isə belələrinin sayı 119 min 609 olub.

Rusiya DİN-in məlumatına görə bu ilin 9 ayı ərzində daha 114 min tacikistanlıya Rusiyada oturum hüququ verilib.

Müharibə və səfərbərlik

Ekspert Amon Asror deyir ki, son 6 ildə Tacikistan əhalisinin 5 faizi Rusiya vətəndaşlığı alıb.

Onun sözlərinə görə Tacikistan bu prosesin qarşısını almaq üçün iqtisadiyyatını inkişaf etdirməli, əhalinin işlə təmin olunmasına diqqət yetirməlidir.

Tacikistan hakimiyyətinin məlumatına görə Rusiyaya qazanc üçün getmiş ölkə vətəndaşlarının sayı 600 min nəfərdir.

Rusiya isə öz ərazisində demək olar 2 milyon tacikistanlının olduğunu bildirir.

AzadlıqRadiosunun Tacik xidməti - Radio Ozodi bildirir ki, tacikistanlılara ən çox Rusiya pasportları iyul-sentyabr aylarında verilib.

Bu Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinin başlandığı və səfərbərliyin elan olunduğu dövrə təsadüf edir.

XS
SM
MD
LG