Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:32

14 saat aclığa dözmək üçün lazım olanlar


Arxiv fotosu
Arxiv fotosu

►“Rüşvət alıb, sonra oruc tutub “mən halal qidayla qidalanıram” demək keçmir. Oğurluq eləyib, kiminsə haqqını yeyib həmin pulla halal kəsilmiş ət alıb uşaqlarına yedizdirmək halal deyil”

"Səhər yaxşı olar ki, daşdan süzülmüş su içilsin. Qəbul olunan qida tam duzsuz olmamalıdır, tərkibində bir az duz olmalıdır. Çünki duz da bədəndə suyu saxlayır"

Tahir Əmiraslanov
Tahir Əmiraslanov

​Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov AzadlıqRadiosuna bu mövzuda danışır:

Tahir Əmiraslanov: Ramazan ayı aclıq ayı deyil. Sadəcə, qidanın qəbul vaxtı dəyişdirilir. Ona görə normal qidalanmaq gərəkir
Gözlə

No media source currently available

0:00 0:04:58 0:00

– Ramazan ayı aclıq ayı deyil. Sadəcə, qidanın qəbul vaxtı dəyişdirilir. Ona görə normal qidalanmaq gərəkir. Ümumiyyətlə, isti havada səhər və axşam yemək lazımdır. Çünki isti havada bədən yemək qəbul etmir. Əvvəl alınan qidalar yenə alına bilər. Sadəcə, gün ərzində 14-17 saat, qaranlıq düşənə kimi aclığa və susuzluğa dözməkdən ötrü elə şeylər yemək lazımdır ki, bədəndə suyu saxlasın, suya çox tələbat olmasın. Əgər bir adam kənddə torpağını əkir, o biri isə kabinetdə oturub işləyirsə, onların qidası da müxtəlif olmalıdır.

– Bu iki şəxs necə qidalanmalıdır?

– Kabinetdə oturan nə qədər enerji sərf edirsə, o qədər yeməlidir. Çöldə işləyən, ya da idmançıya, yəni daha çox fiziki işlə məşğul olana isə daha artıq zülal lazımdır. Beyinlə işləyənə tərkibində daha çox fosfor olan qidalar, məsələn, balıq, göbələk, çöldə işləyənə isə yumurta, ət lazımdır. Elə adam var ki, paltar tikilən yerdə işləyir. Havada o qədər kiçik hissəciklər olur ki, həmin adam tərkibində C vitamini olan itburnu, limon qəbul etməlidir. Bir də Ramazanda iftar vaxtı birdən-birə yeməyin üstünə cumub mədəni doldurmaq olmaz.

Ramazan təqvimi

Bakı üçün təqvim (Böyütmək üçün şəkli vurun)

Rayonlar üzrə Ramazan təqvimi burada

Əvvəlcə xurma, ya da başqa bir şirin qida qəbul edib su içmək lazımdır. Mədə normaya düşür, sonra yavaş-yavaş bəzi yeməklər qəbul olunur. İnsan bədəninin qəbul elədiyi qədər yeyib süfrədən də bir az ac durmalıdır. Çünki doyumluq hissi beyinə 15 dəqiqədən sonra çatır. Səhər isə mütləq yemək lazımdır. Ən əsas isə insanın yediklərinin halal olmasıdır.

Məsələ onda deyil ki, heyvan halal kəsilib, ət, ya da süfrədə olan başqa qidalar halaldır. Adamın ərzaqlara xərclədiyi pul halal olmalıdır. Rüşvət alıb, sonra oruc tutub “halal qidayla qidalanıram” demək keçmir. Oğurluq eləyib, kiminsə haqqını yeyib həmin pulla halal kəsilmiş ət alıb uşaqlarına yedizdirmək halal deyil. Yəni, qazandığın pulun halallığı, düzgünlüyü olmalıdır. Ondan sonra da ərzağın halallığı olmalıdır. Bundan başqa, iftar tək yeyilməməlidir. Ətrafındakı qonşulardan ac, kasıbı, qohum- tanışı, ya da tanımadığı adamı gətirib o süfrədə oturtmalıdır. İftar tək açılmamalıdır, gərək kiminləsə bölüşəsən. Orucluq həm də insana aclığın nə olduğunu hiss etdirməlidir. Aclarıdüşünmək, bölüşməklazımdır. Əsas məsələ bölüşmək, başqalarını anlamaqdır.

____________________________________________________________

Bunlara da bax:
Kənddə çaqqal sürüylə gəzir
Avropa Birliyində kim nədən narazıdır?

____________________________________________________________

– İsti havada oruc tutanlar susuzluğu daha az hiss etməkdən ötrü hansı qidalar qəbul etməlidir?

– Səhər yaxşı olar ki, daşdan süzülmüş su içilsin. Qəbul olunan qida tam duzsuz olmamalıdır, tərkibində bir az duz olmalıdır. Çünki duz da bədəndə suyu saxlayır. Səhər-səhər südlü aş, yumurta yeyilsə, axşama kimi acmırsan. Bədəndə balans saxlanılır. Bədəndə su, duz balansını saxlamağa mütləq şorbalar lazımdır. Baldan, yağdan imtina olunmamalıdır. Çünki bal da bədəndə suyu saxlamağa kömək edir. (Ardı aşağıda)

Oruc tutan Kəmalənin bircə iradı

Oruc tutan Kəmalənin bircə iradı
Gözlə

No media source currently available

0:00 0:05:10 0:00

– Bəs hansı qidalar kasıba da əlçatandır, onu tox saxlayar?

– Burda əsas məsələ oruc vaxtı bütün insanların bölüşməsidir. Paylaşmağı bacarmasıdır. Oruc elə kasıblardan ötrü tutulmalıdır, iftar süfrələri onlar üçün verilməlidir. Onda kasıba da əlçatan olur. Kimsə xəstədirsə, oruc tuta bilimirsə, o da iftar süfrələri verməlidir. Heç olmasa, gündə bir nəfər acı doyurmalıdır. Mən deyərdim, kasıblar varlılardan daha sağlam qidalanırlar. Tort- filan kimi zərərli şeylər yemirlər. Daha sadə qidalar daha önəmli, daha vacibdir. Deyim ki, bədəndə bir az aclıq yarananda beyin hüceyrələrinin qolları daha yaxşı inkişaf edir. Yaddaş da güclənir.

– Siz küftə haqda yazınızda şair Mirzə Əli Möcüzün “Bəylər yeyər nəharə küftə, kəbab və küki, məsciddə edər əmma ahu-fəğan orucluq” misralarını paylaşmısınız...

– Hə, Sabir də yazırdı ki, “orucu tutdum Ramazanda, qaldı iki gözüm qazanda”... Orucun tutmaq vaxtı var. 10 yaşlı uşağa oruc tutdurmazlar. Çünki bədənin bir möhkəm inkşaf edən vaxtı var. Ya da hamilə qadınların, səfərdə olanların oruc tutması günahdır. Hər kəsin bir vaxtı var. Satirik Baba Pünhan da yazırdı ki, “iqtidar mitinqə kotletlə gedir, amma müxalifət pendir çörəklə”. İndi görək pendir- çörək bahadır, yoxsa, kotlet? Kotlet ətin ucuz yerindən olur. Amma indi pendir növləri var ki, onun bir kilosuna 10 kilo ət almaq olar. Bunlar məcazi şeylərdir, yazanda fikri gücləndirirlər. Əsas odur ki, hamı fikrini deyirdi. Çoban gündə ət yeyir, təmiz qatıq, süd yeyir. Bilmirəm, indi çoban varlıdır, yoxsa, yox? Ümumiyyətlə, insanın xoşbəxtliyi nəyinsə olub- olmamasında, nəyisə yeyib-yeməməsində deyil. İnsanın münasibətində, gözütoxluğundadır. Əgər insan kiçik bir şeylə xoşbəxt olub, şükür eləmirsə, heç böyük şey də onu xoşbəxt etməyəcək.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (8 iyun)

Ramazanın başlanğıcı ətrafında yenə mübahisə düşdü. Hətta birliyə çağırmağın özü mübahisə yaratdı
Günün əsas hadisələri Azadlıq Radiosunda (8 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (8 iyun)

İlham Əliyevə belə etiraz edən olmamışdı - Bəs polis hara baxır?
XS
SM
MD
LG