Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:06

Əli avtomatlılar Tale Bağırzadəni saxladı


Tale Bağırzadə
Tale Bağırzadə

-

Senytabrın 25-də polis «Müsəlman Birliyi Hərəkatı»nın sədri, ilahiyyatçı Tale Bağırzadəni Yevlaxda saxlayıb.

Bu haqda AzadlıqRadiosuna danışan hadisə şahidi deyir ki, hacı Tale məscidə gələrkən, əli silahlı polislər məscidi mühasirəyə alıblar:

“Hacı Tale Yevlaxa baldızının nişanında iştirak üçün gəlmişdi. Nişan sabah olacaq. Bu gün məscidə gedərkən, əli avtomatlı polis məscidi mühasirəyə aldı. Heç Tale hələ məscidə girməmişdi. Özü qabağa çıxdı ki, mənə görə gəlmisiniz? Onlar da dedi ki, “getdik”. Beləcə apardılar polis şöbəsinə”.

Yevlax rayon Polis şöbəsinin növbətçi hissəsindən isə AzadlıqRadiosuna deyiblər ki, bu haqda geniş məlumatı bir müddət sonra verə bilərlər.

Buna da bax: "Ermənistan dinc əhalidən sipər kimi istifadə edir"

T.Bağırzadə 2013-cü il martın 31-də həbs edilmişdi. İlahiyyatçı qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunurdu və iki il azadlıqdan məhrum edilmişdi.

Daha sonra həbsdə olduğu müddətdə Taleh Bağırzadə Cinayət Məcəlləsinin 317-1(cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi) maddəsi ilə də ittiham olunmuşdu. Onun kamerasından mobil telefon tapıldığı deyilirdi. Buna görə cəza müddətinə 4 ay da əlavə edilmişdi.

O, cəzasını çəkərək, iyulun 30-da azadlığa çıxıb (Video).

Bugünlərdə yenidən MTN-ə çağrılıb. Dindirmədən sonra "MTN də çayxana kimi adi bir yerdir" açıqlaması verib.

XS
SM
MD
LG