Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:39

Kasıb tələbə kredit götürə biləcək, amma...


©Shutterstock
©Shutterstock

►Tələbələrin suallı təhsil krediti

Q.İbadoğlu kredit qərarının tələbənin valideynlərinin rəsmi maaş və kredit tarixçəsinə bağlanmasını yanlış sayır

Ali məktəblərdə təhsilhaqqını vaxtında ödəməyən tələbələr indən belə təhsil kreditlərindən yararlana biləcəklər.

“Maarifçi” Tələbə Kredit Fondunun qurulması buna imkan verir. Təhsil Nazirliyinin dövlət ali təhsil ocaqlarıyla birgə təsis etdiyi həmin qurum artıq qeyri-hökumət təşkilatı kimi qeydiyyata alınıb.

Maksimum 8 faizlə veriləcək kredit standart və güzəştli paketlərdən ibarət olacaq. Standart paketlərdə 8 faizlik dərəcə əsas götürülüb. Güzəştli paketlərdə isə 6 faizlik kreditlər nəzərdə tutulur.

Kreditin müddəti

Tələbə universiteti bitirəndən sonra bir il güzəştdən yararlanır, amma bir ildən sonra 10 il boyunca krediti qaytarır.

Fondun maliyyə əməliyyatlarının agent bankı “Kapitalbank”dır. Gələcəkdə başqa banklarla da əməliyyat aparmaq mümkün olacaq. Hərbi xidmətə aparılan məzunların krediti ödəmək vaxtı daha bir il uzadılacaq. Bir tələbəyə hər tədris ilinə maksimum 4 min manat məbləğində şərti kredit ayrıla bilər. Kreditin bütövlükdə və maksimum məbləği 20 min manatdır. Pulu tələbə götürmür, fonddan birbaşa ali məktəbə ödənilir.

Şərtlər

Qubad İbadoğlu
Qubad İbadoğlu

Kredit istəyənin Azərbaycan vətəndaşı olması, təhsili davam etdirməsindən ötrü maliyyə yardımına ehtiyac duyması, valideynlərinin və özünün daha öncə aldığı kredit öhdəliklərini yerinə yetirməsi lazımdır.

“Bu şərt aztəminatlı ailələrdə yaşayan tələbələrin…”

İqtisadçı ekspert Qubad İbadoğlu kredit konsepsiyanın diqqətçəkici və faydalı olduğunu düşünür, ancaq indiki durumda onun icrası zamanı “Maarifçi" Tələbə Kredit Fondunun ciddi çətinliklərlə üzləşəcəyini bildirir:

“İndi bank və kredit təşkilatlarının maliyyə, əhalininsə sosial vəziyyətinin pisləşməsi kreditin geri qaytarılma risklərini çoxaldır. Belə riskləri idarə edərkən, kredit qərarının tələbənin valideynlərinin rəsmi maaş və kredit tarixçəsinə bağlanması yanlışdır. Bu şərt özəlliklə aztəminatlı ailələrdə yaşayan tələbələrin kreditlərə çıxış imkanlarını məhdudlaşdıracaq. Aztəminatlı ailəyə məxsus əlaçı tələbələr bu səbəbdən belə imkanlardan bəhrələnməyə və təhsillərini ertələmək məcburiyyətində qala bilərlər”.

“Əksər aztəminatlı ailələrin kredit tarixçəsi pozitiv deyil”

Aztəminatlı ailələrin böyük əksəriyyətində kredit tarixçəsinin pozitiv olmadığına diqqət çəkən ekspert fikrini davam etdirərək deyir:

“Odur ki, belə asılılığın yaradılması kreditlərin ayrılmasında başlıca əngələ çevriləcək. Fonda təklif edirəm ki, kreditləri ayırmazdan əvvəl universitet məzunlarının iştapma səviyyəsinə görə reytinqi müəyyənləşdirilsin və kredit ayırarkən, istər universitetlər, istərsə ixtisaslar arasında fərq qoysun. Digər tərəfdən, təhsil göstəricilərinə görə fərqlənən tələbələrə yanaşma da müxtəlif olmalıdır. Kredit ayrılarkən, qiymətləri yüksək olan tələbələrlə aşağı ballı tələbələr arasında fərq qoyularsa, tələbələr hazırlıq səviyyələrini yüksətməyə həvəslənərlər”.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (10 iyun)

Gələn həftəsonu keçiriləcək Formula 1 yarışlarına görə 5 günlük otel qiyməti 2500 manatdan başlanır.
Günün əsas hadisələri Azadlıq Radiosunda (10 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (10 iyun)

"Büdcədən 5 milyarda qədər vəsait yayınıb"

XS
SM
MD
LG