1984-1994-cü illərdə Azərbaycan ərazisində əsasən nəqliyyat vasitələri hədəfə alınan 30-dan çox terror hücumu baş verib. Bu hadisələrdə azı 300 nəfər həlak olub, 539 nəfər yaralanıb. Bakı bu hücumların əksəriyyətinə görə erməni qüvvələrini ittiham edir.