Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:20

«The New York Times» Xədicədən və Birinci xanımdan yazır


Mehriban Əliyeva/Xədicə İsmayılova
Mehriban Əliyeva/Xədicə İsmayılova

-

«Bu həftə BMT araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın cəsarətini dəyərləndirdi. 2014-cü ilin dekabrından Azərbaycanda əsassız olaraq həbsdə saxlanılan jurnalistin anası Elmira İsmayılova Dünya Mətbuat Azadlığı Günündə Helsinkidə 25 min dollarlıq mükafatı qəbul etdi və qızının həbsdən yolladığı məktubunu oxudu».

Həmçinin bax: Mehriban Əliyeva cəbhə bölgəsində

ABŞ-ın nüfuzlu «The New York Times» qəzeti mayın 6-da dərc olunmuş redaksiya məqaləsində belə yazır. Məqalə «Birinci ledi və həbsdəki jurnalist» adlanır.

«Bu gecə buraya yığışmışınız, xahiş edirəm, mənim işimi, cəsarətimi tərifləməyin, özünüzü hər birinizin mətbuat azadlığı və ədalət naminə görə biləcəyi işə həsr edin», - Xədicə yazırdı.

«TİTULU GERİ ALIN»

Məqalədə qeyd olunur ki, jurnalisti mükafatlandıran UNESCO simvolik bir addım atmaqla onun çağırışını yerinə yetirə bilər. «2004-cü ildə Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri elan olunub, UNESCO ideallarını adları, şöhrətləri ilə təbliğ edən bir qrup tanınmışın siyahısına salıb. Ancaq xanım Əliyeva UNESCO-nun ideallarını, o cümlədən də informasiya azadlığını irəli aparmaqdan çox, qurumun adını batırır. Bu titul geri alınmalıdır», - qəzet yazır.

Məqalədə Xədicənin prezident İlham Əliyev və ailəsinin gizli maliyyə holdinqlərini aşkarladığına görə 7 il yarımlıq həbs cəzası aldığı qeyd olunur. «Panama Sənədləri» jurnalistin araşdırmalarının dəqiqliyini ortaya qoydu. Qəzet yazır ki, Xədicə hökumətin təqiblərinə, şantajlarına boyun əymədi və həbsdən də hökumətin ifşasını davam etdirir.

«Vəkil Amal Clooney İsmayılovanın işini Avropa İnsan Haqları Məhkəməsində müdafiə edəcək. Bu arada beynəlxalq liderlər də Azərbaycanı jurnalisti və digər siyasi məhbusları buraxmağa çağırmalıdır», - yazıda vurğulanır.

GEC DEYİL

UNESCO-nun sözçüsü George Papagiannis deyib ki, qurum ötən aydan xoşməramlı səfirlərinin siyahısını yenidən gözdən keçirməyə başlayıb. Kimlərin bu işi davam etdirəcəyinə qərar veriləcək.

«İsmayılovanın mükafatlandırılma mərasimində UNESCO təmsilçiləri bəlli olmayan səbəbdən jurnalistin dərhal buraxılmasına çağırmadı. «Bu dəqiqə ancaq onu deyə bilərəm ki, Azərbaycan hökuməti ilə təmaslarımız davam edir», - G.Papagiannis qəzetə elektron məktubunda belə yazır».

«The New York Times» vurğulayır ki, UNESCO-nun baş direktoru, BMT-nin baş katibliyinə namizəd Irina Bokova yenə də bu addımı ata, jurnalistin buraxılmasına çağıra bilər, gec deyil.

Həmçinin bax - Youtube Kanalımızda yeni videoları izləyin:

XS
SM
MD
LG