Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:55

Britaniyanın hərbi komandanı: Rusiya öz qüvvələrinin 30 faizini itirib


Admiral Entoni Deyvid Radakin və Ukrayna dəniz donanmasının komandanı kontr-admiral Oleksiy Neyjpapa
Admiral Entoni Deyvid Radakin və Ukrayna dəniz donanmasının komandanı kontr-admiral Oleksiy Neyjpapa

Admiral Radakin əlavə edib ki, Vladimir Putin bütün zirehli döyüş maşınlarının 4 mininin məhv edilməsi ilə “Ukraynadakı müharibəni artıq uduzub”

Rusiya öz qüvvələrinin 30 faizini və ya 50 min əsgərini, az qala 1700 tankını Ukraynadakı döyüşlərdə itirib.

Bunu BBC-yə müsahibəsində Britaniya ordusunun baş komandanı lord Toni Radakin deyib.

Admiral Radakin əlavə edib ki, Vladimir Putin bütün zirehli döyüş maşınlarının 4 mininin məhv edilməsi ilə “Ukraynadakı müharibəni artıq uduzub”.

Hərbçinin sözlərinə görə Ukrayna öz ərazi bütövlüyünü tam bərpa edə biləcək, amma Putinə qarşı sui-qəsd ehtimalları xülyadan başqa heç nə deyil:

“Əgər Donbasa diqqət yetirsək, görərəik ki, Rusiya 150 gün ərzində Ukrayna ərazisinin 10 faizindən azını zəbt edə bilib. Rusiya artıq ərazi zəbt edə bilmir və bu, Ukrayna silahlı qüvvələrinin mərdlik və qətiyyətinə görədir”.

Britaniya Müdafiə Qərargahının rəisi əlavə edib ki, Ukrayna ordusu öz qələbəsindən tamamilə əmindir.

Rusiya tükənməkdə olan bir gücdür

Bununla belə admiral Radakin xəbərdarlıq edib ki, Rusiya çox sayda əsgər, tank və zirehli texnika itirməsinə baxmayaraq Britaniya üçün böyük təhlükə olaraq qalır.

O Putinin xəstə olduğuna və ona qarşı sui-qəsdlər hazırlandığına dair iddiaları rədd edib və deyib ki, Rusiyadakı rejim kifayət qədər stabildir:

“Prezident Putin bütün müxalifəti əzib. Biz bütün hakimiyyət ierarxiyasının onu dətəklədiyini görürük. Odur ki, hakimiyyətin yuxarı eşelonunda Putinə meydan oxumaq üçün heç kimin motivasiyası yoxdur”.

Admiral Radakin bildirib ki, Kreml müharibəyə başlayanada bütün Ukraynanı 30 günə ələ keçirəcəyinə inanırdı.

Hərbçinin sözlərinə görə buna baxmayaraq Rusiyanın ixtilaf salmaq və NATO-ya təzyiq göstərmək ambisiyaları var:

“Bu, bütün dünya nizamına qarşı olan Rusiyadır. Rusiyanın bütün bu ambisiyaları puç olur. Rusiya fevralın əvvəllərində olduğundan indi daha çox tükənməkdə olan ölkıədir”.

Rusiya böyük təhlükə olaraq qalır

Bununla belə Radakin xəbərdarlıq edib ki, Britaniyanın növbəti baş naziri Rusiyanın Britaniya üçün “çox böyük təhlükə” olduğunu nəzərə almalıdır:

“Onun quru qüvvələri müharibə zamanı zəifləyib və deqradasiya edib və biz görürük ki, onlar Ukraynada çırpınırlar. Amma Rusiya nüvə ölkəsi olaraq qalmaqda davam edir. Onun kiberəməliyyat, kosmik fəzada əməliyyat qabiliyyəti var. Onun xüsusi sualtı proqramları var. O okeanın dibi ilə gedən və bütün Yer kürəsi boyunca informasiya axınını təmin edən internet kabellərini hədələyə bilər”.

Admiral əlavə edib ki, Britaniya bir nüvə ölkəsi kimi öz məsuliyyətini dərk etməlidir.

Bundan bir neçə gün əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna üzərinə sarsıdıcı raket zərbələrinin artırılması əmrini verib.

O deyib ki, Rusiya qüvvələri Kiyevin Donbas regionundakı mülki infrastrukturu raketlərlə hədəfləməsinin qarşısını almalıdır.

Şoyqunun Ukraynanın şərq cəbhəsində olduğu xəbər verilirdi.

O Rusiya qüvvələrinə cəbhənin bütün istiqamətlərində hücumları intensivləşdirmək əmri verdiyini demişdi.

XS
SM
MD
LG