Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:36

Floridada Trump və Clinton qalib oldular. Rubio getdi


Donald Trump və Hillary Clinton
Donald Trump və Hillary Clinton

Namizədlik yarışında növbəti “superçərşənbə” adlandırılan gündə ABŞ-ın daha dörd ştatında prezidentlik praymeriləri keçirilib.

ABŞ-ın Florida ştatında keçirilən prezidentlik praymerisində Donald Trump və Hillary Clinton qalib olublar.

Namizədlik yarışında növbəti “superçərşənbə” adlandırılan gündə ABŞ-ın daha dörd ştatında prezidentlik praymeriləri keçirilib.

Donald Trump Floridada inamlı qələbə qazandıqdan sonra, onun partiyadaşı Marko Rubio öz doğma ştatında məğlubiyyətini qəbul edib və kampaniyanı dayandırdığını bildirib.

Reuters agentliyi bildirir ki, Donald Trump-ın Floridadakı uğuru həm də onun namizədliyinin qarşısını almağa çalışan respublikaçı düşərgəyə zərbə olub.

Bu düşərgəyə daxil respublikaçılar narahatdırlar ki, Trump onların partiyasından namizəd olarsa, prezidentlik yarışını noyarda keçiriləcək seçkidə demokrat Hillary Clinton-a uduzacaq.

Senator Marco Rubio Florida məğlubiyyətindən sonra kampaniyanı dayandırıb
Senator Marco Rubio Florida məğlubiyyətindən sonra kampaniyanı dayandırıb

Hazırda ABŞ böyunca partiyalararası rəy sorğuları Clinton-un Trump-dan irəli olduğunu göstərir.

Keçmiş dövlət katibi, 68 yaşlı Hillary Clinton Florida ştatındakı qələbədən sonra 74 yaşlı rəqibi, senator Bernie Sanders-dən aralanmağa çalışır.

Trump Ohayo ştatında bu ştatın qubernatoru John Kasich-ə və Rubio-ya qalib gəlməyə ümid edirdi.

Trump-a bu yarışda ən yaxın rəqibi Çay Partiyasının sevimlisi 45 yaşlı texaslı Ted Cruz-dur.

Təhlilçilər bildirirdilər ki, Trump-ın praymeri keçirilən 5 ştatdan hər hansı birində uduzması ona qarşı olan respublikaçılara yeni nəfəs verə bilərdi. Çünki bu halda onlar Trump-ın, lazım olan 1237 seçki nümayəndəsi qazanmasını bloklaya bilrədilər.

İndi belə görünür ki, Ohayoda Kasich qalib gəlib və indilik respublikaçılar Trump-ı dayandırmaq ümidində qala bilərlər.

XS
SM
MD
LG