Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:31

Putinlə Erdoğan görüşəcək [video]

İyulun 15-dən 16-na keçən gecə bir qrup hərbçi Türkiyədə çevrilişə cəhd göstərib. Azı 265 adam həlak olub.

«İlham Əliyev bütün gecəni narahat olub»

«Biz bu prosesləri narahatlıqla izlədik. Dövlət başçımız, prezident də bütün gecəni çox narahat olub. Bunu bütün Azərbaycan edib və bu da təbiidir. Bu, dövlət çevrilişinə cəhddir, Türk xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdidir».

Bunu APA-ya açıqlamasında Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədov deyib ki, baş verənlər Türkiyənin Ana Yasasına, demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdidir. O, Azərbaycanın bu cür cəhdləri qətiyyətlə pislədiyini və qəbuledilməz olduğunu söyləyib.

Novruz Məmmədov «15 iyul hadisələri Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacaq» deyə fikrini bitirib.

R.T.Erdoğan və İ.Əliyev
R.T.Erdoğan və İ.Əliyev

İsa Qəmbər: 'Bu araşdırılmalıdır'

«Bu dövlət çevrilişinə cəhd idi və elə cəhd olaraq da qaldı». İyulun 15-də Türkiyədə baş verənlər haqda danışan Strateji Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər AzadlıqRadiosuna belə deyib.

Onun fikrincə, Türkiyə dövləti qanunauyğun şəkildə bu cəhdin qarşısını alıb.

İ.Qəmbər burdan çıxarılası nəticələr olduğunu da vurğulayır: «Araşdırmaq lazım gələcək ki, hansı obyektiv amillər və ya idarəetmədəki boşluqlar buna səbəb olub. Bunları aradan qaldırmaq lazımdır. Amma ən əsas nəticə budur ki, Türkiyə dövləti bundan sonra Atatürkün müəyyən etdiyi demokratik yolla yoluna davam etməlidir».

İ.Qəmbər hesab edir ki, indən belə Türkiyədə demokratiyanın inkişafına yönəlik qərarlar çıxarılmalıdır.

SMDM rəhbərinin fikrincə, heç bir halda orduya etimadın azalmasına yol vermək olmaz: «Bundan sonra orduya etimad daha da güclənməlidir».

161 ölü

Türkiyədə baş verən hadisələr zamanı 161 nəfər ölüb, 1440 nəfər yaralanıb.

Bu rəqəmi hazırda mətbuat konfransı keçirən baş nazir Binali Yıldırım deyib.

O, müxtəlif rütbəli 2 min 839 zabit və əsgərin göz altına alındığını bildirib.

Erdoğan-ın qorxduğu başına gəldi – Qərb mətbuatının icmalı

Davamı

XS
SM
MD
LG