Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:16

Türkiyədə seçki ikinci tura qalır. Oğan Kılıcdaroğluna 'kürd məsələsi'ni şərt qoyur


Türkiyədə seçkilər
Türkiyədə seçkilər

Türkiyə prezidentliyinə millətçi namizəd Sinan Oğan bildirib ki, o müxalifətin əsas namizədi Kamal Kılıcdaroğlunu yalnız bir şərtlə dəstəkləyə bilər.

Onun sözlərinə görə, bunun üçün Kılıcdaroğlu kürdyönlü partiyaya güzəştlər təklif etməyəcəyini vəd etməlidir.

Oğan bazar günü keçirilən seçkidə səslərin 5.2 faizi ilə üçüncü olub. Seçkinin mayın 28-də keçiriləcəyi gözlənilən ikinci turunda Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıcdaroğlu mübarizə aparacaqlar.

Namizəd deyib ki, o öz seçiciləri ilə məsləhətləşəcək, amma terror və qaçqınların geri qaytarılması onun “qırmızı xətləridir”.

Türkiyədə seçki ikinci tura qalır

Artıq Türkiyədə seçki qutularının 99 faizinin açıldığı xəbər verilir. Rəcəb Tayyib Ərdoğan 49.34, Kamal Kılıcdaroğlu 45, Sinan Oğan 5.22 faiz səs yığıb.

Parlamentdə Cümhur İttifaqı 322, Millət İttifaqı 212, Əmək və Azadlıq İttifaqı 66 mandat əldə edib.

+++

Türkiyədə prezident seçkisinin ikinci turu keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğan rəqibi Kamal Kılıcdaroğlundan daha çox önə çıxsa da, namizədlərin heç biri azı 50 faiz səs yığa bilməyib.

İkinci tur mayın 28-də keçiriləcək.

“Reuters” yazır ki, seçki qutularının 97 faizi sayılıb, Ərdoğan 49.39, Kılıcdaroğlıu 44.9 faiz səs yığıb. Qutuların 91.93 faizi sayılanda Ərdoğanın göstəricisi 49.49 faizə düşmüşdü.

Kılıcdaroğu ikinci turda qalib gələcəyini deyib, tərəfdarlarını təmkinli olmağa çağırıb, Ərdoğanın partiyasını səssayma və nəticələrin açıqlanmasına müdaxilədə suçlayıb.

Seçkiöncəsi rəy sorğularındakından daha yaxşı nəticə göstərən Ərdoğan isə tərəfdarlarına müraciətində inamlı görünüb.

“Əsas rəqibimizdən 2.6 milyon səs irəlidəyik. Rəsmi nəticələrdə bu rəqəmin artacağını gözləyirik”, – Ərdoğan vurğulayıb.

Millətçi namizəd Sinan Oğan isə səslərin 5.3 faizini yığa bilib.

İttihamlar

Müxalifət Ərdoğanın partiyasını etirazlar verməklə yekun nəticələrin açıqlanmasını yubatmaqda ittiham edib.

Kılıcdaroğlu Ərdoğanın partiyasını “Türkiyənin iradəsini məhv etməkdə” suçlayıb, mindən çox seçki qutusundan səssayma prosesinə etirazını bildirib.

Parlament seçkisində Ərdoğanın islamçı AKP, millətçi MHP və digər partiyaların Cümhur İttifaqı çoxluğu qazanıb. Bülletenlərin 93 faizi sayıldıqdan sonra onların 600 yerlik parlamentdə 324, Kılıcdaroğlunun Millət İttifaqının 211 yer əldə etdiyi bilinib.

Əmək və Azadlıq İttifaqı 65 yeri qazanıb.

+++

Associated Press (AP) xəbər verir ki, bazar günü Türkiyədə prezident seçkisində sayılan bülletenlərə görə, prezident Rəcəb Tayyib Ərdoğana seçici dəstəyi yenidən seçilmək üçün gərəkən səs çoxluğundan aşağı düşüb.

Agentliyə görə, bu, prezident seçkilərinin ikinci turuna doğru getməsi ehtimalını artırır.

"Associated Press" rəsmi Anadolu Agentliyi (AA) və müxalif yönümlü Anka xəbər agentliklərinə istinad edir.

AA bildirir ki, sayılan 91 faiz seçki qutularından çıxan nəticələrə görə, Ərdoğan 49,9%, onun əsas rəqibi, müxalifət lideri Kamal Kılıçdaroğlu isə 44,4% səs toplayıb.

AP Anka xəbər agentliyinə istinadla seçki qutularının 95%-nin sayıldığını və Ərdoğanın 49%, Kılıçdaroğlununsa 45% səs topladığını bildirir .

Türkiyə Yüksək Seçki Qurumunun (YSK) sədri saat 18.30-dan etibarən seçkinin nəticələri ilə bağlı yayım qadağalarının götürüldüyü açıqlayıb.

Türkiyədə səslər sayılır. Məntəqələr üzrə ilkin nəticələr açıqlanır
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

***

Bazar günü, 14 may Türkiyədə seçkilər keçirilir. Ölkə vətəndaşları həm yeni parlamenti, həm də yeni prezidenti seçirlər. Seçki məntəqələri yerli vaxtla səhər saat 8-də açılıb.

Dövlət başçısı postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

"Məmləkət" Partiyasının sədri Məhərrəm İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb. Amma onun adı bülletenlərdən çıxarılmayıb.

Belə ki, o, namizədliyini geri götürənə qədər bülletlər hazır olub. Ölkə xaricində olan Türkiyə vəndəşları səsvermədə iştirak ediblər və ona verilən səslər də sayılacaq.

Türkiyədə prezident və parlament seçkiləri keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 20 ildən çoxdur ki, vəzifədədir. Seçkilərdə onun əsas rəqibi Kamal Kılıçdaroğludur. O, korrupsiyaya qarşı və Türkiyənin avropayönlü inkişaf yolunu təşviq edən çıxışları ilə tanınır.

Ekspertlərin fikrincə, bu, Türkiyə tarixində ən gərgin seçkilərdən biridir. Əgər birinci turda namizədlərdən heç biri 50%-dən çox səs toplamasa, ikinci tur mayın 28-də keçiriləcək.

Türkiyədə seçkilər bir çox problemlər fonunda keçirilir. Üç ay əvvəl ölkənin cənub-şərqində dağıdıcı zəlzələ 50 mindən çox insanın həyatına son qoyub. Dağıntıların baş verdiyi ərazilərdə geniş bərpa işləri tələb olunur.

Hökumətin 2019-cu ildən türk lirəsini gücləndirməsinə yönələn cəhdlər uğursuz olub, nəticədə 2021-ci ilin sonuna ölkədə inflyasiya 36%-i, 2022-ci ildə 80%-i keçib.

Kürd azlığı və kürd separatçı hərəkatı məsələsi də həll olunmamış qalır.

Türkiyə vətəndaşları prezidentdən başqa parlamentə 600 deputat seçməlidir.

Seçki məntəqələri yerli vaxtla saat 17:00-da (Bakı vaxtıyla 18:00) bağlanacaq. İlkin nəticələr elə seçki bitən günü elan olunacaq.

Səsvermə məntəqəsi, 14 may 2023
Səsvermə məntəqəsi, 14 may 2023
Türkiyədə seçki , 14 may 2023
Türkiyədə seçki , 14 may 2023

XS
SM
MD
LG