Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:25

Tusk texnologiya nəhənglərini ‘nəzarətsiz imperiyalar’ adlandırıb


Avropa Şurasının prezidenti Donald Tusk
Avropa Şurasının prezidenti Donald Tusk

Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, dünya Google, Apple, Facebook və Amazon kimi texnoloji nəhənglərin yüksəlişindən ehtiyatlı olmalıdır. O bu şirkətləri “nəzarətsiz imperiyalara” bənzədib.

Tusk mayın 3-də vətəni Polşada etdiyi çıxışda xəbərdarlıq edib ki, Avropa İttifaqının, xüsusilə də Almaniya və Fransa kimi ölkələrinin “dominantlıq” arzusu kimi təhlükələr avr.

O əlavə edib ki, ittifaqın daha kiçik üzvləri qərarların qəbulu prosesindən kənarda saxlanmamalıdır.

O deyib ki, Avropa İttifaqının böyük ölkələri hegemonluq istəklərini əməkdaşlığa, vasitəçiliyə və dialoqa çevirməlidirlər.

Tusk eyni zamanda qlobal texnologiya nəhənglərinin qüdrətini Çin kimi ölkələrin qüdrətinə bənzədib:

"Şərqə baxanda hamının davranışına nəzarət etməyə qabil olanların yüksəlişini, Qərbə baxanda isə idarə olunmayan, özbaşına imperiyanın yüksəlişini görürük”.

Polşa Konstitusiyası günündə Varşava Universitetində danışan Tusk deyib ki, “uşaqlarımız internetdən asılıdırlar və qarşıdan gələn hər bir gündə daha da asılı olacaqlar”.

XS
SM
MD
LG