Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:32

Körpələrin ölümünə görə cinayət işi açıldı


Illüstrasiya
Illüstrasiya

►Baş Prokurorluq: Gecə saatlarında naməlum səbəblərdən körpələrdən 2-si vəfat edib. Həmin radələrdə isə xəstəxananın işıqları da sönüb

Salyan Rayon Mərkəzi Xəstəxanasında yeni doğulmuş üçəmlərdən ikisinin vəfat etməsi ilə bağlı cinayət işi başlanıb. Bu haqda Baş Prokurorluğun məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, körpələrin vəfat etməsi ilə bağlı Salyan prokurorluğuna daxil olan məlumat araşdırılıb.

“Araşdırma zamanı müəyyən edilib ki, Salyan sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 20-də saat 19-da rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə qəbul edilib. Saat 21 radələrində doğuş baş verib. Yeni doğulan 3 oğlan uşağı küves aparatına yerləşdirilib”-deyə məlumatda qeyd edilir.

Prokurorluq bildirir ki, gecə saatlarında naməlum səbəblərdən körpələrdən 2-si vəfat edib. Həmin radələrdə isə xəstəxananın işıqları da sönüb.

Baş Prokurorluq qeyd edir ki, fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Açıqlamada daha sonra bildirilir ki, ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib.

“Eyni zamanda cinayət işi üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hərtərəfli, tam və obyektiv istintaq tədbirləri davam etdirilməklə, nəticəsindən asılı olaraq aidiyyəti şəxslərin əməllərinə hüquqi qiymət veriləcək”, - prokurorluq bildirir.

Salyan sakini, 21 yaşlı Mirzabitə Abdullayeva iyunun 21-nə keçən gecə mərkəzi xəstəxananın doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin bildirməsinə görə, doğuş normal həyata keçib, ana dünyaya üçəm gətirib.

Ancaq doğuşdan 6 saat sonra xəstəxanada elektrik enerjisi kəsintisi baş verib. Şüşə altında (küvez) saxlanılan körpələrdən ikisinin oksigen çatışmazlığından öldüyü, birinin isə vəziyyətinin ağırlaşdığı bildirilirdi.

Verilən məlumatlarda qeyd edilirdi ki, xarab olması səbəbindən Salyan rayon Mərkəzi Xəstəxanasının elektrik generatoru işə salınmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidməti isə faktı təsdiqləsə də, körpələrin işığın sönməsi üzündən ölməsi ilə bağlı deyilənləri təkzib etmişdi.

Üçəmlərdən sağ qalan körpə artıq Bakıya gətirilib. Körpəni Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdiriblər.

Respublikanın baş pediatrı Nəsib Quliyev reanimasiyada olan bir günlük körpənin sağlıq durumunun ağır olduğunu bildirib.

Buna da bax: Rusiya tankları suyun altına girdi

Rusiya tankları suyun altına girdi
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (21 iyun)

Harda açılıb o 1,5 milyon iş yeri?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 21 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (21 iyun)

Savchenko İlham Əliyevə çağırış etdi

XS
SM
MD
LG