Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:41

Odessa limanına dron zərbələri endirilib, yaralananlar var


Rusiya ordusu sentyabrın 3-də, erkən saatlarda Ukraynanın Odessa vilayətinin liman infrastrukturuna hücum edib.

Ukrayna Ordusunun məlumatına görə, hücum İran istehsalı “Şahed” kamikadze dronları ilə həyata keçirilib.

Ukrayna hərbi hava qüvvələri bildirir ki, gecə ərzində Rusiyanın 25 dronundan 22-i vurulub.

Məlumata görə, sentyabrın 3-də baş verən dron hücumları nəticəsində Odessanın liman infrastrukturuna zərər dəyib, yanğın baş verib. Hadisə nəticəsində azı iki nəfərin yaralandığı bildirilir.


Qeyd edək ki, dron hücumlarının hədəfində olan Dunay çayı üzərindəki liman infrastrukturu "Qara dəniz taxıl sazişi"-nin dayandırılmasının ardından Ukraynanın taxıl ixracatı üçün istifadə etdiyi əsas marşurtdur.


Rusiya ordusunun son zamanlarda Ukraynanın cənubundakı Odessa və Mikolayev vilayətlərində yerləşən həmin liman və infrastrukturlara hücum etməsi ilə bağlı xəbərlər yayılır.


Ukrayna rəsmiləri gecə saatlarında baş verən hücum barədə ətraflı məlumat verməsə də, dron hücumlarının ardından baş verən yanğının söndürüldüyü bildirilir.

Hələlik, Rusiya rəsmiləri baş verənlərlə bağlı açıqlama verməyib.

XS
SM
MD
LG