Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:36

Ukraynanın şərqində separatçı referendumları

Mayın 11-də Luqansk və Donetsk vilayətlərində Ukraynanın şərq bölgələrinin müstəqilliyi haqda referendum keçirilir. Referendumu inzibati binaları zəbt edən silahlı separatçılar təşkil edir

- Ukrayna şərqinin Slavyansk, Donetsk, Luqansk və Rusiyameylli yaraqlıların nəzarət etdiyi digər şəhərlərdə referenduma separatçı qurumlara dəstək məsələsi çıxarılıb.

- Referendum Ukrayna hökumət qoşunları ilə silahlı separatçılar arasında ağır döyüşlərdən sonra əldə olunan nisbi sakitlik şəaitində keçsə də, separatçıların siyasi mövqelərini dəstəkləməyən vətəndaşlara qarşı təzyiqlər, Ukraynanın bütövlüyünü dəstəkləyən siyasətçilərin girov götürülməsi, döyülməsi və qətlə yetirilməsi halları ilə müşahidə olunur.

- Mayın 10-da Slvyansk yaxınlığında hökumət qoşunlarının saxladığı silahlı separatçılardan 100 min"referendum bülletenləri" aşkar deyilib. Bu haqda xəbər verən Kiyev rəsmiləri bülletenlerdə artıq separatçıları dəstələyən "hə" cavablarının əvvəlcədən yazıldığını bildirirlər.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
20:13 9.5.2014

Prokurorluq TV kabellərin alışmasını təxribat kimi araşdırır


Kiyevin Shevchenko rayon prokurorluğu mayın 9-da telekommunkasiya kabelinin alışmasının təsadüfi olub-olmadığını araşdırır. Günün əvvəlində xəbər verilirdi ki, Kiyev televiziya qülləsi ilə Milli teleradio şirkətinin binasını birləşdirən kabel şəbəkəsində yanğın baş verib. Nətivədə TV veriliçlərinin yayımında fasilə yaranmışdı. Kiyev prokurorluğunun mətbuat xidməti xəbər verir ki, hadisə ilə bağlı Cinayət məcəlləsinin 113-cü maddəsi (təxribat) üzrə cinayət işi açılıb.
19:00 9.5.2014
Mariupolda qanlı toqquşmadan dramatik görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

MARİUPOL DÖYÜŞLƏRİ ZAMANI CANLI YAYIMIN VİDEOSU

18:45 9.5.2014

AzadliqRadiosu Ukrayna daxili işlər naziri Arsen Avakova istinadən xəbər verir ki, Mariupolda 60-a yaxın yaraqlı şəhər daxili işlər idarəsinin binasına hücum edib. Binanı mühafizə edən polislərə Milli Qvardiya və "Azov" xüsisi təyinatlı milis dəstəsi köməyə gələndən sonra 20 terroçu məhv edilib, 4-ü isə həbs olunub. Yerdə qalanlar qaçaraq ətraf binalarda gizlənib. Ətraflı burada
18:27 9.5.2014
Putin Rusiyadan kənarda yaşayan rusdilli əhalinin müdafiəsi haqda danışır. "Putin rus şovinizmini Rusiyanın siyasətinin əsasına çevirir" - bunu Rusiyanın yeni siyasətini şərh edən Dövlət Katibinin keçmiş müavini Strobe Talbott deyir. Economics isə dünyanın Putinin məntiqi ilə qurulan xəritəsini çəkir

Portuqaliya - Brazilyaya müdaxilə edə bilər.
İspaniya - Latin Amerikası ölklərinin əksəriyyətinə
İsveç - Finlandiyanın bir hissəsinə
İngiltərə isə - ABŞ-a

Ətraflı xarici mətbutaın icmalında

Davamı

XS
SM
MD
LG